çərşənbə axşamı günü, 18 avqust 2026
     

Yüz il əvvəl polyak memarlarını Bakıya cəlb edən uzaqgörən azərbaycanlıların xatirəsinin Polşada əbədiləşdirilməsi...Polşa Prezidentinin gəlişindən doğan məsələ...

Image


“Bu işin həyata keçirilməsi üçün tarixi əsaslar çoxdur”

“Azərbaycan Xalq Cumhuriyyətinin liderlərinin, xüsusən də Məhəmməd Əmin Rəsulzadənin Polşada çox geniş fəaliyyəti olub...”

Azərbaycanda rəsmi səfərdə olan Polşa Prezidenti Andjey Duda polşalı memarlar tərəfindən Bakıda yaradılan memarlıq abidələrinə xüsusi qayğı göstərildiyini qeyd edib.  “Polşa memarları tərəfindən Bakıda yaradılan abidələrə bu gün xüsusi qayğı göstərilir...Biz polşalılar tarixən Azərbaycanda olmuşuq. Uzun illər ərzində - mən bunu xüsusi qeyd etmək istəyirəm - demək olar ki, yüz ildən də çox əvvəl Polşa memarları Azərbaycanda yaşayıblar, yaradıblar”.

A. Duda həmçinin qeyd edib ki, bir çox polyaklar, Polşanın ziyalı dairələrinin təmsilçiləri də burada olub: “Burada mən Polşa memarlarını xüsusi qeyd etmək istəyirəm. Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir. Buna görə mən Sizə təşəkkürümü bildirirəm ki, bu gün biz, həmçinin Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək...”

Xatırladaq ki, mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib. Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda iştirak edib. Məlum olduğu kimi, polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.

XX əsrdə və ondan əvvəlki dövrlərdə xarici memarların Bakında inşa etdiyi binalar, memarlıq abidələrinin bu gün dövlətimiz tərəfindən qorunduğu faktdır və bunu Polşa Prezidenti də xüsusi qeyd etdi. Əlbəttə, polşalı memarların Bakının tikinti-quruculuq işlərinə cəlb edilməsi birbaşa Azərbaycanın dövlət xadimlərinin, eləcə də mesanatlarının, milyonçularının onları bu işə cəlb etməsi ilə bağlıdır. O dövrün milyonçuları, xeyriyyəçiləri o memarları bura dəvət etməsəydilər və onların işləməsi üçün şərait yaratmasaydılar, sözsüz ki, polşalı memarlar da burada hər hansı bir binanın inşasında iştirak edə bilməzdi. Onların yaratdığı şərait nəticəsində polşalı memarlar Bakıda binalar tikib, abidələr yaradıblar. Məlumdur ki,  Polşa və Azərbaycan xalqları və dövlətləri arasındakı əlaqlərin möhkəmləndirilməsində əsas rolu Azərbaycanın o vaxtkı rəhbərləri, milyonçuları, uzaqgörən insanları oynayıb. Onlar Polşadan memarlar dəvət ediblər ki, gəlib burada bu abidələri yaratsınlar, binaları inşa etsinlər.

Polşada Azərbaycana həmin dövrdə rəhbərlik edən dövlət xadimlərinin, fəaliyyət göstərən milyonçuların, xeyriyyəçilərin xatirəsinin əbədiləşdirilməsi üçün hansısa işlər görülübmü? Biz Bakıda Polşa memarlarının adına küçə veririk, onların tikdiyi abidələri qoruyub saxlayırıq, yaxşı olardı ki, Polşada da 100 il əvvəl hər iki dövlət arasında əlaqələrin qurulmasında xidmətləri olan Azərbaycan rəhbərlərinin, siyasətçilərinin, iş adamlarının, milyonçularının xatirəsinin əbədiləşdirilməsi üçün müəyyən addımlar atılsın.

Tarixçilər hesab edir ki, bu olduqca aktual məsələdir. Onlar hesab edir ki, Polşada Polşa - Azərbaycan əlaqlərinin qurulmasında, mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasında əməyi olan şəxsiyyətlərimizlə bağlı həm elmi araşdırmalar aparılmalı, həm də onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, tarixçi alim Vaqif Abışov baki-xeber.com-a bildirdi ki, bu olduqca vacib məsələdir və onun reallaşdırılmasına Polşa höküməti xüsusi əhəmiyyət verməlidir. Azərbaycanla Polşa arasında əlaqələrin hələ qədim dövrdən mövcud olduğunu vurğulayan V.Abışovun sözlərinə görə, münasibətlərin tarixi XV əsrə gedib çıxır. O qeyd etdi ki, XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. O həmçinin bildirdi ki, polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. Onun sözlərinə görə, Birinci Dünya Müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib və Azərbaycan Xalq Cümhüriyyəti Polşa ilə sıx əlaqələr yaradıb. “Polşada Azərbaycanın dövlət xadimlərinin, eləcə də polşalı memarları, mühəndisləri Bakının tikinti-quruculuq işlərinə cəlb edən xeyriyyəçilətin, iş adamlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Düşünürəm ki, sizin qəzetin bu maraqlı və əhəmiyyətli təklifi çox aktualdır. Polşa - Azərbaycan əlaqələrinin qurulması, möhkəmlənməsi istiqamətində böyük rolu olan şəxsiyyətlərimizin adlarının Polşanın mərkəzi küçələrindən birinə verilməsi, yaxud hansısa tarixi binaya xatirə löhvəsi vurulması, eləcə də onların büstlərinin, heykəllərinin ucaldılması çox müsbət hal olardı. Çünki bu işin həyata keçirilməsi üçün tarixi əsaslar çoxdur. Polşa - Azərbaycan əlaqələrinin tarixi yeni deyil, bu, qədim dövrlərə söykənir. Onu da deyim ki, Azərbaycan Xalq Cumhuriyyətinin liderlərinin, xüsusən də Məhəmməd Əmin Rəsulzadənin Polşada çox geniş fəaliyyəti olub, o uzun müddət orada yaşayıb, hətta həyat yoldaşı da polşalı idi. Azərbaycanı həmin dövrdə Polşanın Pilsudski höküməti ciddi şəkildə dəstəkləyib. Bu baxımdan demək istəyirəm ki, Polşa və Azərbaycan arasındakı əlaqələr heç vaxt kəsilməyib. Xüsusilə də 1918-20-ci illərə nəzər yetirsək görərik ki, Bakıda təkcə polşalı memarlar fəaliyyət göstərməyib, həmçinin də burada Polşa şurası, Polşa mərkəzi olub. Bakıda yalnız Polşa memarları deyil, Polşa Şurası da çox aktiv fəaliyyət göstərib. Bu baxımdan, polşalıların Azərbaycana xüsusi simpatiyası olub. Məsələn, Cumhuriyyət öz varlığını elan etikdən və xaricə çıxışını aktivləşdirəndən sonra Polşa nümayəndə heyətləri Bakıya gəlib, onlar Bakının müstəqilliyini daim müdafiə edəcəklərinə dair söz veriblər. Polşalılar burada yalnız abidələr yaratmaqla, binalar tikməklə kifayətlənməyiblər, o cümlədən də həmin dövrdə iki dövlət arasında münasibətlər daha da möhkəmlənib, genişlənib”-deyə V.Abışov qeyd etdi.

Tarixi alim həmçinin vurğuladı ki, Polşa dövləti tərəfindən də Azərbaycan və Polşa arasında əlaqələrin inkişafında əməyi olan şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb. Tarixçinin bildirdiyinə görə, buna misal olaraq Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr verən Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsini, eləcə də, Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Cümhuriyyət dövrünün hərbi xadimləri general leytenant Maçey Süleyman bəy Sulkeviçin və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidəni göstərmək olar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ