Cümə günü, 16 oktyabr 2026
     

Merkelin Bakı səfəri öncəsi Almaniyadakı soydaşlarımızın qaçırdığı tarixi fürsət...

Image


Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri ərəfəsində bu ölkədə yaşayan soydaşlarımızdan ibarət “Azərbaycanın demokratik seçimi” təşkilatının üzvləri onun iqamətgahı önündə aksiya keçirib.

Avqustun 22-də keçirilən aksiyada “Siyasi məhbuslara azadlıq”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin” kimi şüarlar səsləndirən soydaşlarımız Merkeli insan haqları ilə bağlı Azərbaycan dövlətinə təzyiq göstərməyə çağırıb. Aksiya keçirmək də, vətəndaş mövqeyi sərgiləmək də insanların ən doğal haqlarındandır və buna görə kimisə qınamaq fikrindən uzağıq. Amma gəlin görək, bununla nə qazandıq və nə itirdik...

Bəlli məsələdir ki, erməni diasporunun üzvləri, nəinki Almaniyada, dünyanın bütün qabaqcıl ölkələrində geniş lobbiçilik fəaliyyəti aparır və razılaşaq ki, onlarla müqayisədə bizim xaricdəki soydaşlarımızın fəaliyyəti ürəkaçan deyil. Bəs elə isə, Merkelin səfəri kimi tarixi fürsətdən yararlanıb Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılması, konkret Xocalı qətliamı ilə bağlı mətbuatda çıxışlar və çağırışlar etmək, lap elə aksiyalar keçirməklə bu ölkənin istər rəhbərliyində, istərsə də ictimaiyyətində uğradığımız ədalətsizliklər barədə daha geniş təsəvvür yaratmaq daha yaxşı olmazdımı? Axı bu Vətən həm də sizindir! Hər kəs bilir ki, ən kiçik fürsətdən yararlanmağı bacaran ermənilər gələn qonağı ilk növbədə tarixə yamaq etdikəri qondarma “soyqırım” memorialına apararaq baş əydirir, bununla da bu qondarma “tarixi” onların beyninə yeridirlər. O halda səfər öncəsi onları qabaqlayaraq Xocalıda törətdikləri vəhşilikləri sadalamaqla ən azı Merkelin İrəvanda, soyqırım kəlməsini işlətməsə də, “bu faciə baş verib və bu tarixdir” kimi fikirlərinin önünü kəsmək daha yaxşı olmazdımı?  Hətta xanım Kanslerin nəzərinə ermənilərin İrəvanın tarixinə pərçimləmək istədikləri saxtakarlıları da çatdırmaq, onun şəhər olaraq yaranma tarixinin 2800 ili deyil, cəmi 600 ili əhatə etdiyini, yaradıcısının isə Azərbaycanın Səfəvilər sülaləsinin olduğunu çatdırmaq görün erməni təbliğatına nə boyda zərbə ola bilərdi?!

Erməni saytlarını müntəzəm izləyənlər üçün, xüsusilə son illərdə, bu ölkədən kütləvi miqrasiyanın olması təzə xəbər deyil. İnsanlar Ermənistanı yaşam şərtlərinin çətinləşməsi, özəlliklə də Qarabağ savaşı və əsgər ölümləri üzündən tərk etdiklərini gizlətmir. Əsgər analarının ard-arda keçirdikləri kütləvi etiraz aksiyaları deyilənlərə əyani sübutdur və bu aksiyalarda açıq-aşkar bəyan edirlər ki, onlara ÖZGƏ TORPAQLARI deyil, oğulları lazımdır, onların yad torpaqlarda ölməməsi üçün ölkələrini tərk edirlər. Üstəlik, işğalçılıq siyasəti üzündən onillərdir blokadada qalan, bu üzdən də iqtisadiyyatı çökən, insanların yaşayış səviyyəsində kəskin geriləmələr müşahidə olunan Ermənistandan məhz bu şərtlərə görə Almaniyaya miqrasiya edənlərin də sayı son illərdə kifayət qədər artıb. Belə olan halda, sizcə nədən Merkel Bakıdan öncə İrəvana gedəcəyi halda oradakı ermənilər aksiya keçirib onu dövlətlərinə təzyiq göstərməyə çağırmadılar?  Düşünsəniz, cavabın çox da dərində olmadığını görərsiz...

Və yaxud götürək, çağırışlarınızdakı neft maraqları barədə fikirlərinizi. Mətbuatdan da bildiyimiz kimi, son illərdə Azərbaycan çəkdiyi enerjidaşıyıcıları xətlərilə dünyanın gündəmində xüsusi yer tutur və bu günlərdə Alman hökumətindəki mənbə ölkəsinin Rusiyadan əlavə digər mənbələrdən, o cümlədən Azərbaycandan qaz almaqda maraqlı olduğunu bildirib və bu kontekstdə Cənub Qaz Dəhlizinin inşasını dəstəklədiklərini dilə gətirib. Bunun qarşılığında bu ölkədəki soydaşlarımızın sözügedən çağırışlarını nəyə xidmət kimi dəyərləndirməliyik? Sizlərin İtaliyada TAP kəmərinə qarşı kampaniya aparan “no TAP” hərəkatından fərqiniz nə oldu?

Təbii, hər kəsin atdığı addıma bəraət qazandırmaq üçün bir səbəbi–arqumenti olur, amma unutmayın ki, vətəndaşlıq mövqeyi bu səbəb-arqumentlərdən çox ucada dayanır...

SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ