çərşənbə axşamı günü, 18 avqust 2026
     

Erməni kilsəsindən 150 ildir yürüdülən uğursuz siyasət...

Image


 “Vestnik Kavkaza” saytının müxbiri Vladimir Orlov  belə bir başlıqla dərc etdiyi məqaləsində özünü dünyaya “məzlum xalq” obrazında sırıyan ermənilərin bu uğursuz siyasətinin kökünə işıq tutur. Məqalənin müxtəsər tərcüməsini təqdim edirik:

Bir neçə il öncə Avropada miqrant böhranı bir sıra müsəlman ölkələrindən qaçqınların Qoca qitəyə üz tutması ilə başladı. Miqrant sayı artdıqca isə Avroittiaq ölkələrində sivilizasiyalararası qarşıdurma təhlükəsi barədə danışmağa başladılar. Bu vəziyyətdən çıxış yolu kimi avroməmurlar bir sıra tədbirlərə əl atdılar ki, bunlardan ən absurd görünəni islamofobiya ilə bağlı oldu. Deyilənlərə ən parlaq nümunə bu günlərdə Avstriya Baş naziri Sebastyan Kurts 7 məscidin bağlanması və 40 imamın ölkəsindən qovulmasına qərar verməsidir.

Rusiya isə radikallaşma ilə mübarizədə çoxdan problemlər yaşayıb. Lakin bu gün İslam ruhaniyyəti ilə apardığı uğurlu əməkdaşlıq nəticəsində artıq heç kim Rusiyadakı müsəlman ümmətinin təhlükəsi barədə danışmır, halbuki, “Böyük Ermənistan yaratmaq” xülyasında olan “xristian qardaşlarla” vaxtilə çox böyük problemlər yaşamışdı. Məsələn, bu gün bütün dünya erməniləri 1903-cü ilin 12 iyununda Rusiya imperiyasının Erməni kilsəsinin əmlakını müsadirə etməsindən və erməni məktəblərini bağlamasından ağızdolusu danışır. Lakin 115 illik tarixi olan hadisəni şərh edənlər unudur ki, İkinci Nikolayı belə radikal addım atmağa hansı səbəb vadar etmişdi. Bu səbəb isə Birinci rus inqilabı ərəfəsində erməni kilsə və məktəblərində silah-sursatın gizli saxlanc yerlərinin və qeyri-leqal çap evlərinin olması idi.

Hələ 1866-cı ildə rus siyasi jurnalistikasının əsasını qoymuş Mixail Katkov Erməni kilsəsindən siyasətin kökünü qazmağın vacibliyinə diqqət çəkərək yazırdı:”Milli kilsə siyasi xarakter daşımaya bilməz. Hazırkı situasiyada isə inkar etmək olmaz ki, bu siyasi xarakter qətiyyən Rus təbəəsinin vəzifələrinə uyğun deyil”. Katkov hesab edirdi ki, Rusiya maraqları “öz təbəəsi arasında həm də özünü beynəlxalq güc zənn edən” toplumun olmasına imkan verməməlidir. O, katolikosa təklif edirdi ki, onsuz da az olmayan sırf dini vəzifələri ilə məşğul olaraq, bu fəaliyytin hansısa siyasi təsirə məruz qalmasına imkan verməsin.

Katkov situasiyanı diplomatik müstəvidə təqdim edirdi, müasir ekspertlər isə onu daha aydın və anlaşılan tərzdə izah edir:”Erməni gənclərinin milli ruhda böyüməsi üçün “beyin yuyulması” sisteminin əsası XIX əsrdə erməni kilsələrinin nəzdində erməni məktəblərinin yaradılması ilə qoyulub. Əslində isə həmin dövrdə erməni kilsələri xristianlıqdan tamamilə uzaqlaşaraq milli terror təşkilatlarına çevrilmişdi. Bunun nəticəsində yetişən gənc erməni nəslinin Rusiya imperiyası üçün hansı təhdid təşkil etdiyini isə imperiya hökuməti gözəl anlayırdı. 1903-cü ildə imperator İkinci Nikolay erməni kilsələrinin əmlakının müsadirə olunması və yetişən nəslin təlim-tərbiyəsilə məşğul olmaq funksiyasının kilsədən alınması ilə bağlı əmr imzalayır. Çünki hələ o zaman bəlli idi ki, erməni təhsil sistemi gələcəyin döyüşçü və terrorçularını hazırlayır. İmperatorun qərarını şərh edən ekspertlər burada bir məqamı xüsusi vurğulayır ki, İkinci Nikolayın göstərişi kilsənin əmlakının deyil, bu əmlakdan istifadə olunmaqla əldə edilən gəlirin dövlətin nəzarətinə keçməsini nəzərdə tuturdu. Bu addım isə ona görə atılmışdı ki, 1903-cü ildə kilsə Osmanlı imperiyası ərazisində terroru maliyyələşdirirdi, Rusiya hökuməti isə buna son qoymağa borclu idi.

1903-cü ildə həmin əmrin imzalanması ilə Cənubi Qafqazın erməni toplumunun kompakt yaşadığı bütün şəhərlərində vətəndaş itaətsizliyi aksiyaları başlayır, polis-ordu toqquşmaları baş verir. Katolikos I Mkrtıç Xrimyan erməni rahiblərinə Rus çarının sərəncamına əməl etməyi qadağan edir və  vətəndaş itaətsizliyi aksiyaları terror həddinə qədər böyüyür. Bu terror aktlarının qurbanları isə Rus çarının məlum əmrini yerinə yetirmək istəyən məmurlar olur. 1903-cü ildə “Qnçak” partiyasının üzvü Tiflis yaxınlığında çarın Qafqazdakı nümayəndəsi Qriqori Qolitsını yaralayır, 1905-ci ildə isə Bakının mərkəzi meydanında bombaçı-daşnak Drastamat Kanayan knyaz, vitse qubernator Mixail Nakaşidzeni qətlə yetirir.

Lakin təəssüf ki, terrorçuların gördüyü əks-tədbirlər sonda nəticə verir və 1905-ci ilin fevralında knyaz Vorontsov-Daşkov 1903-cü il qanununun ləğvinə nail olur. Beləliklə, İkinci Nikolay kilsə əmlakının qaytarılması və onların nəzdində erməni məktəblərinin açılması ilə bağlı yeni əmr imzalayır. Bundan sonra erməni gəclərinin təlim-tərbiyəsi “yükü” yenidən erməni millətçilərinin üzərinə düşür ki, onların “əkdikləri” də 1914-1920-ci illərdə cücərməyə başlayır. Lakin bu artıq başqa mövzudur...

Burada qeyd etmək yerinə düşər ki, Ermənistanda son zamanlar baş verənlər fonunda etiraza qalxan kütlə Erməni Apostol Kilsəsini mənəvi tənəzzülə uğramaqda və biznesə alət olmaqda ittiham edərək, bütün ermənilərin Katolikosunun istefasını tələb edirdi. Dünyəvi terminologiyanın kilsə iyerarxiyasına nüfuz etməsi isə bir daha təsdiqlədi ki, Erməni Apostol Kilsəsi hələ də iqtisadi və siyasi sferada aktiv fəaliyyət göstərir. Bu halda Katolikosun tutduğu postdan əl çəkərək istefa verəcəyini düşünmək isə sadəcə mənasızdır.

Hazırladı: SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ