Cümə günü, 30 oktyabr 2026
     

İl­ham Əli­yev İs­tan­bul­da dün­ya ener­ji təh­lü­kə­siz­li­yi­nin də­qiq for­mu­lu­nu be­lə ifa­də et­di...

Image


Oktyab­rın 10-da İs­tan­bul­da 23-cü Dün­ya Ener­ji Konqre­si işə baş­la­yıb. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Konqres­də iş­ti­rak edir. "Ye­ni üfüq­lə­rə qu­caq aç­maq" de­vi­zi al­tın­da ke­çi­ri­lən 23-cü Dün­ya Ener­ji Konqre­sin­də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev, Ru­si­ya Pre­zi­den­ti Vla­di­mir Pu­tin və Ve­ne­su­e­la Pre­zi­den­ti Ni­ko­las Ma­du­ro Tür­ki­yə Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğa­nın xü­su­si də­və­ti əsa­sın­da iş­ti­rak edir­lər.

Əv­vəl­cə Konqres iş­ti­rak­çı­la­rı iyu­lun 15-də Tür­ki­yə­də döv­lət çev­ri­li­şi­nə cəhd za­ma­nı şə­hid olan­la­rın xa­ti­rə­si­ni bir də­qi­qə­lik sü­kut­la yad edib­lər.

Konqre­sin açı­lı­şın­da Dün­ya Ener­ji Şu­ra­sı­nın həm­səd­ri Yanqhun Dey­vid Kim çı­xış edə­rək, bu mö­tə­bər təd­bi­rin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb. O, ye­ni nə­sil ener­ji mən­bə­lə­ri­nin mü­əy­yən edil­mə­si­nin və bər­pa olu­nan ener­ji mən­bə­lə­rin­dən is­ti­fa­də­nin ha­zır­da qar­şı­da du­ran əsas hə­dəf­lər­dən ol­du­ğu­nu de­yib.

Tür­ki­yə­nin ener­ji və tə­bii sər­vət­lər na­zi­ri Be­rat Al­bay­rak öl­kə­si­nin bu mü­hüm Konqre­sə ev sa­hib­li­yi et­mə­sin­dən məm­nun­lu­ğu­nu ifa­də edə­rək, mü­a­sir dövrdə ener­ji­nin dün­ya gün­də­mi­nin ən ak­tu­al mə­sə­lə­lə­rin­dən ol­du­ğu­nu bil­di­rib. B.Al­bay­rak dün­ya­da tə­miz ener­ji mən­bə­lə­ri ilə ya­na­şı, ener­ji da­şı­yı­cı­la­rı­nın təh­lü­kə­siz şə­kil­də nəq­li­nin də mü­hüm önəm da­şı­dı­ğı­nı vur­ğu­la­yıb.

Tür­ki­yə­nin Baş na­zi­ri Bi­nə­li Yıl­dı­rım Konqres çər­çi­və­sin­də ke­çi­ri­lə­cək 60-dan çox ses­si­ya­da ener­ji sa­hə­sin­də ak­tu­al mə­sə­lə­lə­rə da­ir sə­mə­rə­li mü­za­ki­rə­lə­rin apa­rı­la­ca­ğı­nı bil­di­rib. Baş na­zir dün­ya­da ener­ji mən­bə­lə­ri­nin şa­xə­lən­di­ril­mə­si­nin, ener­ji məh­sul­la­rı­nın təh­lü­kə­siz da­şın­ma­sı­nın önə­mi­ni qeyd edib.

Dün­ya Ener­ji Şu­ra­sı­nın ən mü­hüm təd­bir­lə­rin­dən olan Konqres ener­ji sa­hə­sin­də prob­lem­lə­rin və on­la­rın həl­li yol­la­rı­nın qlo­bal miq­yas­da nə­zər­dən ke­çi­ri­lə­rək mü­əy­yən edil­mə­si məq­sə­di­lə təş­kil olu­nan ən mü­hüm bey­nəl­xalq ener­ji təd­bi­ri­dir. Dün­ya­nın bir nöm­rə­li ener­ji plat­for­ma­sı olan Konqres ilk də­fə 1924-cü il­də ke­çi­ri­lib. Üç il­dən bir təş­kil edi­lən Konqres ener­ji sa­hə­sin­də fə­a­liy­yət gös­tə­rən qu­rum­la­ra ye­ni tex­no­lo­gi­ya­lar və ye­ni iş im­kan­la­rı təq­dim et­mək im­ka­nı ve­rir.

23-cü Dün­ya Ener­ji Konqre­sin­də dün­ya ener­ji sə­na­ye­si­nin li­der­lə­ri, bey­nəl­xalq təş­ki­lat­la­rı, "be­yin mər­kəz­lə­ri"ni, uni­ver­si­tet­lə­ri, ener­ji və sə­na­ye qu­rum­la­rı­nı təm­sil edən 10 min­dən çox nü­ma­yən­də iş­ti­rak edir. Konqres çər­çi­və­sin­də ke­çi­ri­lə­cək "Dün­ya ener­ji li­der­lə­ri", "Gə­lə­cə­yin ener­ji li­der­lə­ri", "Ener­ji tri­lem­ma­sı" möv­zu­la­rın­da xü­su­si ses­si­ya­lar­da mil­li, re­gi­o­nal və qlo­bal miq­yas­da bər­pa olu­nan ener­ji­ni tə­min et­mək üçün al­ter­na­tiv yol­lar ax­ta­rı­şın­da olan öl­kə­lə­rin ener­ji na­zir­lə­ri, biz­nes, ma­liy­yə və elm sa­hə­lə­ri üz­rə ta­nın­mış şəxslər ət­raf­lı mü­za­ki­rə­lər apa­ra­caq­lar.

1923-cü il­də ya­ra­dı­lan Dün­ya Ener­ji Şu­ra­sı bər­pa olu­nan ener­ji­nin gə­lə­cə­yi ilə bağ­lı mü­hüm la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lən qlo­bal miq­yas­lı mö­tə­bər fo­rum­dur. Dün­ya Ener­ji Şu­ra­sı­nın 93 mil­li ko­mi­tə­si ara­la­rın­da bu sa­hə­də ix­ti­sas­laş­mış qu­rum­la­rın da ol­du­ğu 3 min­dən çox üzv təş­ki­la­tı təm­sil edir. Şu­ra­nın əsas və­zi­fə­si ha­mı­nın ri­fa­hı­na xid­mət edən da­vam­lı ener­ji tə­da­rü­kü sis­te­mi­nə əsas­la­nan ener­ji is­ti­fa­də­si­ni təş­viq et­mək­dir.

 

İl­ham Əli­yev Konqres­də mə­ru­zə­sin­də de­yib: "Hör­mət­li xa­nım­lar və cə­nab­lar, əziz dostlar! Dün­ya Ener­ji Konqre­si­nin Tür­ki­yə­də ke­çi­ril­mə­si çox əla­mət­dar ha­di­sə­dir, Tür­ki­yə­nin dün­ya ener­ji si­ya­sə­tin­də­ki ro­lu­nu gös­tə­rir. Bu rol get­dik­cə ar­tır və Tür­ki­yə ener­ji təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri­nin həl­lin­də çox önəm­li ad­dım­lar atır".

İl­ham Əli­yev bil­di­rib ki, Tür­ki­yə­nin in­ki­şa­fı, sa­bit­li­yi nə­in­ki Tür­ki­yə­ni se­vən öl­kə­lə­rə, ona dost olan öl­kə­lə­rə, bü­tün dün­ya­ya la­zım­dır: "Çün­ki Tür­ki­yə bu gün dün­ya­nın ener­ji si­ya­sə­ti­nin mü­əy­yən edil­mə­sin­də çox önəm­li rol oy­na­yır. Bu ilin iyu­lun­da Tür­ki­yə çə­tin bir sı­naq­dan şə­rəf­lə çıx­dı. Tür­ki­yə xal­qı Pre­zi­dent Rə­cəb Tay­yib Ər­do­ğa­nın ət­ra­fın­da sıx bir­lə­şə­rək bö­yük qəh­rə­man­lıq gös­tər­mək­lə döv­lət çev­ri­li­şi­nə cəh­din qar­şı­sı­nı al­dı, döv­lət­çi­li­yi qo­ru­du, Tür­ki­yə­nin xoş­bəxt bu gü­nü­nü və gə­lə­cə­yi­ni qo­ru­du. Biz Azər­bay­can­da si­zin­lə fəxr edi­rik. Biz bir çox önəm­li ener­ji la­yi­hə­lə­ri­mi­zi Tür­ki­yə ilə bə­ra­bər ic­ra edi­rik və bu ener­ji la­yi­hə­lə­ri dün­ya üçün bö­yük əhə­miy­yət da­şı­yır".

Azər­bay­can Pre­zi­den­ti əla­və edib: "Onu qeyd et­mə­li­yəm ki, dün­ya­nın neft ta­ri­xi Ba­kı­da baş­la­yır. XIX əs­rin or­ta­la­rın­da dün­ya­da ilk də­fə ola­raq sə­na­ye üsu­lu ilə ilk neft çı­xa­rı­lıb. Bun­dan 100 il son­ra ilk də­fə də­niz­də neft Azər­bay­can neftçi­lə­ri tə­rə­fin­dən çı­xa­rı­lıb. Müs­tə­qil­li­yi­mi­zin ilk il­lə­rin­də Azər­bay­can ilk də­fə ola­raq xa­ri­ci neft şir­kət­lə­ri­ni Xə­zər də­ni­zi­nə də­vət et­di, "Əs­rin mü­qa­vi­lə­si" im­za­lan­dı, "Azə­ri-Çı­raq-Gü­nəş­li" neft ya­taq­la­rı işə düş­dü və bu neft ya­taq­la­rı dün­ya miq­ya­sın­da ən bö­yük neft mən­bə­lə­rin­dən bi­ri­dir. Be­lə­lik­lə, öl­kə­mi­zin sü­rət­li və uğur­lu in­ki­şa­fı baş­la­mış­dır. Bu ay müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı­nın 25-ci il dö­nü­mü­nü qeyd edə­cə­yik və bi­zim müs­tə­qil öl­kə ki­mi in­ki­şa­fı­mız­da ener­ji sek­to­ru xü­su­si rol oy­na­mış­dır. Azər­bay­can dün­ya ba­zar­la­rı­na çı­xı­şı ol­ma­yan öl­kə­lər­dən bi­ri­dir, bu­na gö­rə də müt­ləq bo­ru xət­lə­ri çə­kil­mə­li idi. Bu gün bi­zim xam nef­ti dün­ya ba­zar­la­rı­na çı­xar­maq üçün üç bo­ru xət­ti­miz var: iki­si Qa­ra də­ni­zə, bi­ri Ara­lıq də­ni­zi­nə, Cey­han li­ma­nı­na bi­zim nef­ti­mi­zi gə­ti­rir. Biz ta­rix­də ilk də­fə ola­raq Xə­zər də­ni­zi­ni Ara­lıq də­ni­zi ilə bağ­la­dıq və bu gün Azər­bay­can nef­ti həm Tür­ki­yə­yə ix­rac edi­lir, həm də Tür­ki­yə üzə­rin­dən dün­ya ba­zar­la­rı­na ix­rac olu­nur. Bu bi­zə çox bö­yük xe­yir gə­ti­rir və Ba­kı-Tbi­li­si-Cey­han bo­ru xət­ti­nin 2006-cı il­də əziz qar­da­şım, cə­nab Pre­zi­dent Ər­do­ğan­la bir­lik­də açı­lı­şı­nı et­di­yi­miz an­dan bu gü­nə qə­dər ke­çən 10 il ər­zin­də Tür­ki­yə və Azər­bay­can ara­sın­da­kı ener­ji və di­gər sa­hə­lər­də əla­qə­lər da­ha da möh­kəm ol­du. 2007-ci il­dən son­ra isə Azər­bay­can ta­rix­də ilk də­fə ola­raq tə­bii qa­zı ix­rac et­mə­yə baş­la­mış­dır, Ba­kı­nı Ər­zu­rum­la bir­ləş­di­rən bo­ru xət­ti çə­kil­di və be­lə­lik­lə, biz Tür­ki­yə­yə tə­bii qa­zın ix­ra­ca­tı­na baş­la­mı­şıq".

Döv­lət baş­çı­sı de­yib ki, Azər­bay­can­da təs­diq edil­miş tə­bii qaz eh­ti­yat­la­rı 2,6 tri­li­yon kub­met­rə bə­ra­bər­dir və dün­ya­nın ən bö­yük qaz ya­taq­la­rın­dan bi­ri olan "Şah­də­niz" Azər­bay­can­da yer­lə­şir: "Bü­tün bun­la­rı nə­zə­rə ala­raq, müt­ləq bö­yük qaz xət­ti çə­kil­mə­li idi və müx­tə­lif şir­kət­lər, müx­tə­lif öl­kə­lər bu is­ti­qa­mət­də öz səy­lə­ri­ni gös­tə­rir­di­lər, an­caq bu səy­lə­rin heç bir nə­ti­cə­si ol­ma­mış­dı. Ye­nə də Tür­ki­yə və Azər­bay­can bu is­ti­qa­mət­də də öz li­der­li­yi­ni gös­tər­di və bu gö­zəl İs­tan­bul şə­hə­ri­miz­də 2014-cü il­də əziz qar­da­şım, Pre­zi­dent Ər­do­ğan­la bir­lik­də TA­NAP an­laş­ma­sı im­za­lan­mış­dır. TA­NAP an­laş­ma­sı ta­ri­xi bir an­laş­ma­dır. Bu, di­gər önəm­li la­yi­hə­lə­rə tə­kan ver­di. TA­NAP la­yi­hə­si Cə­nub Qaz Dəh­li­zi­nin tər­kib his­sə­si­dir".

Azər­bay­can Pre­zi­den­ti vur­ğu­la­yıb ki, Cə­nub Qaz Dəh­li­zi bu gün dün­ya miq­ya­sın­da ən bö­yük ener­ji la­yi­hə­lə­rin­dən bi­ri­dir: "Cə­nub Qaz Dəh­li­zi­nin sər­ma­yə tu­tu­mu 45 mil­yard dol­lar­dır, dörd önəm­li la­yi­hə­dən iba­rət­dir. Bi­ri TA­NAP, di­gər­lə­ri Cə­nu­bi Qaf­qaz Bo­ru Kə­mə­ri­dir ki, bi­zim qa­zı­mı­zı Azər­bay­can­dan Tür­ki­yə sər­hə­di­nə - Tür­ki­yə-Yu­na­nıs­tan, Tür­ki­yə-Gür­cüs­tan sər­hə­di­nə qə­dər gə­ti­rir; on­dan son­ra Tran­sad­ri­a­tik kə­mə­ri və "Şah­də­niz" ya­ta­ğı­nın iş­lən­mə­si. Cə­nub Qaz Dəh­li­zi bu gün uğur­la ic­ra edi­lir. Azər­bay­can və Tür­ki­yə bu la­yi­hə­nin ic­ra­sın­da li­der­lik key­fiy­yət­lə­ri­ni gös­tə­rir­lər və bu, ener­ji təh­lü­kə­siz­li­yi üçün çox önəm­li bir la­yi­hə­dir. Ener­ji təh­lü­kə­siz­li­yi isə hər bir öl­kə­nin mil­li təh­lü­kə­siz­lik mə­sə­lə­si­dir. Bu gün öl­kə­lər ça­lı­şır­lar ki, öz tə­bii re­sursla­rı­nı müx­tə­lif yol­lar­la dün­ya ba­zar­la­rı­na çı­xar­sın­lar. An­caq tə­bii re­surslar­la zən­gin ol­ma­yan öl­kə­lər ça­lı­şır­lar ki, müx­tə­lif yer­lər­dən on­la­ra ye­ni re­surslar gə­ti­ril­sin. Azər­bay­can bu is­ti­qa­mət­də də önəm­li ad­dım­lar at­mış­dır. Və çox­şa­xə­li di­ver­si­fi­ka­si­ya yo­lu ilə həm nef­ti, həm də qa­zı dün­ya ba­zar­la­rı­na çı­xa­rır".

İl­ham Əli­yev qeyd edib ki, Cə­nub Qaz Dəh­li­zi­nin ic­ra­sın­da ar­tıq yed­di öl­kə bir­lə­şib: "Və gə­lə­cək­də da­ha bir ne­çə öl­kə bu önəm­li la­yi­hə­yə qo­şu­la bi­lər. Bu is­ti­qa­mət­də apar­dı­ğı­mız iş­lər bi­zim öl­kə­mi­zi güc­lən­di­rir. Çün­ki qeyd et­di­yim ki­mi, cə­mi 25 il­dir ki biz müs­tə­qil öl­kə ki­mi ya­şa­yı­rıq. İq­ti­sa­diy­ya­tı­mı­zın bö­yük his­sə­si ilk il­lər­də nef­tə, qa­za bağ­lı idi. Bu gün isə neft və qaz­dan əl­də et­di­yi­miz mən­fə­ə­ti iq­ti­sa­diy­ya­tı­mı­zın di­gər sa­hə­lə­ri­nə ya­tır­maq­la öl­kə­mi­zin in­ki­şa­fı­nı da­ya­nıq­lı edi­rik. Bi­zim iq­ti­sa­diy­ya­tı­mız­da neft və qaz ha­zır­da cə­mi 30 fa­iz təş­kil edir".

Döv­lət baş­çı­sı de­yib ki, ener­ji təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri gə­lə­cək­də də öz həl­li­ni tap­ma­lı­dır: "Tə­bii re­surslar­la zən­gin olan öl­kə­lər, tran­zit öl­kə­lər, is­teh­lak­çı öl­kə­lər bu­ra­da bir ko­man­da şək­lin­də fə­a­liy­yət gös­tər­mə­li­dir­lər, heç bir əsas­sız rə­qa­bə­tə yol ve­ril­mə­mə­li­dir, sağ­lam rə­qa­bət apa­rıl­ma­lı­dır. Neft və qaz ha­sil edən və ix­rac edən öl­kə­lər ara­sın­da da­ha çox an­laş­ma ol­ma­lı­dır. Azər­bay­can hər za­man bu­nun tə­rəf­da­rı olub ki, bu­ra­da biz xalqlar­mı­zın, öl­kə­lə­ri­mi­zin ma­raq­la­rı­nı tə­min edə bi­lək. Ener­ji si­ya­sə­ti­miz bi­zə im­kan ver­di ki, biz özü­müz də xa­ri­ci öl­kə­lə­rə sər­ma­yə qo­yaq. Müs­tə­qil­li­yi­mi­zin ilk il­lə­rin­də xa­ri­ci sər­ma­yə­dən ası­lı idik, bu gün isə biz baş­qa öl­kə­lə­rə bö­yük həcmdə ya­tı­rım­lar edi­rik. O cüm­lə­dən qar­daş Tür­ki­yə­yə bi­zim qoy­du­ğu­muz və qo­ya­ca­ğı­mız sər­ma­yə 20 mil­yard dol­la­ra bə­ra­bər­dir. Bu bi­zim iq­ti­sa­diy­ya­tı­mı­zı güc­lən­di­rir, Tür­ki­yə iq­ti­sa­diy­ya­tı­nı güc­lən­di­rir və bi­zim bir­li­yi­mi­zi güc­lən­di­rir".

İl­ham Əli­yev bil­di­rib ki, bu gün dün­ya ener­ji və ener­ji təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri­ni mü­za­ki­rə edən­də Tür­ki­yə və Azər­bay­ca­nı nə­zə­rə al­ma­maq müm­kün de­yil: "Çün­ki ar­tıq biz­də həm tə­bii eh­ti­yat­lar, bö­yük coğ­ra­fi­ya, həm də şa­xə­lən­di­ril­miş nəq­liy­yat infrastruk­tu­ru var. Biz bu­nu ya­rat­mı­şıq və bü­tün öl­kə­lər­lə bə­ra­bər­hü­quq­lu, qar­şı­lıq­lı mən­fə­ət, ma­raq­lar əsa­sın­da öz işi­mi­zi qu­ru­ruq.

Bu gün biz çox se­vi­ni­rik ki, Tür­ki­yə uğur­la, inam­la irə­li­yə ge­dir. Tür­ki­yə "Bö­yük İyir­mi­liy"in üz­vü­dür. Və Tür­ki­yə-Azər­bay­can əla­qə­lə­ri­ni bir faktla işıq­lan­dır­maq üçün sa­də­cə ola­raq onu de­mə­li­yəm ki, "Bö­yük İyir­mi­liy"in ke­çən ilin no­yabr ayın­da An­tal­ya­da ke­çi­ri­lən Zir­və gö­rü­şün­də Tür­ki­yə bu klu­ba üzv ol­ma­yan bir öl­kə­ni də­vət edə bi­lər­di və Tür­ki­yə Azər­bay­ca­nı də­vət et­di. Bu­na gö­rə bir da­ha Si­zə min­nət­da­ram. Mən bu il 4-cü də­fə­dir ki, Tür­ki­yə­yə sə­fər edi­rəm və əziz qar­da­şım Rə­cəb Tay­yib Ər­do­ğan da Azər­bay­ca­na sə­fər­lər edir. Bi­zim dostlu­ğu­muz, bir­li­yi­miz, qar­daş­lı­ğı­mız da­i­mi­dir, əbə­di­dir, sar­sıl­maz­dır. Sağ olun".

 

Ve­ne­su­e­la Pre­zi­den­ti ilə neftdən tu­riz­mə­dək...

İs­tan­bul­da Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin Ve­ne­su­e­la Pre­zi­den­ti Ni­ko­las Ma­du­ro ilə gö­rü­şü olub.

Gö­rüş­də öl­kə­lər ara­sın­da si­ya­si əla­qə­lə­rin yax­şı sə­viy­yə­də ol­du­ğu bil­di­ri­lib. Azər­bay­ca­nın və Ve­ne­su­e­la­nın BMT və di­gər bey­nəl­xalq təş­ki­lat­lar­da bir-bi­ri­ni dəs­tək­lə­di­yi vur­ğu­la­nıb, Qo­şul­ma­ma Hə­rə­ka­tı çər­çi­və­sin­də öl­kə­lə­rin əmək­daş­lı­ğı qeyd edi­lib.

Döv­lət baş­çı­la­rı öl­kə­lər ara­sın­da müx­tə­lif sa­hə­lər­də əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si üçün səy­lə­rin ar­tı­rıl­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb­lar. İq­ti­sa­di mü­na­si­bət­lə­rin ge­niş­lən­di­ril­mə­si üçün çox yax­şı po­ten­si­a­lın ol­du­ğu bil­di­ri­lib. Neft is­teh­sal­çı­sı və ix­ra­cat­çı­sı olan Azər­bay­ca­nın və Ve­ne­su­e­la­nın OPEC və qey­ri-OPEC döv­lət­lə­ri ilə əla­qə­lə­ri­nin in­ten­siv­ləş­di­ril­mə­si­nin əhə­miy­yə­ti qeyd olu­nub. Həm­çi­nin müx­tə­lif sa­hə­lə­rə, o cüm­lə­dən ener­ge­ti­ka sa­hə­si­nə qar­şı­lıq­lı in­ves­ti­si­ya­lar ya­tı­rıl­ma­sı üçün yax­şı im­kan­la­rın ol­du­ğu bil­di­ri­lib.

Söh­bət za­ma­nı tu­rizm sa­hə­sin­də əla­qə­lə­rin ge­niş­lən­mə­sin­də vi­za re­ji­mi­nin sa­də­ləş­di­ril­mə­si­nin yax­şı im­kan ya­ra­da­ca­ğı diq­qə­tə çat­dı­rı­lıb. Tu­rizm, mə­də­niy­yət, kənd tə­sər­rü­fa­tı, ma­liy­yə və di­gər sa­hə­lər­də əmək­daş­lı­ğın perspek­tiv­lə­ri ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Gö­rüş­də müx­tə­lif sə­viy­yə­li qar­şı­lıq­lı sə­fər­lə­rin gə­lə­cək­də öl­kə­lə­ri­mi­zin mü­na­si­bət­lə­ri­nin də­rin­ləş­mə­si işi­nə xid­mət edə­cə­yi vur­ğu­la­nıb. Nef­tin qiy­mə­ti­nin sa­bit­ləş­di­ril­mə­si­nin önə­mi­nə to­xu­nu­la­raq, bu­nun üçün OPEC və qey­ri-OPEC döv­lət­lə­ri ara­sın­da qar­şı­lıq­lı fə­a­liy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si­nin əhə­miy­yə­ti qeyd edi­lib.

 

BP şir­kə­ti­nin baş ic­ra­çı di­rek­to­ru ye­ni da­nı­şıq­la­rın uğur­lu get­di­yi­ni de­di

Pre­zi­dent İl­ham Əli­yev İs­tan­bul­da BP şir­kə­ti­nin baş ic­ra­çı di­rek­to­ru Ro­bert Dad­li ilə də gö­rü­şüb.

Gö­rüş­də İs­tan­bul­da ke­çi­ri­lən və 60-dan çox öl­kə­dən yük­sək sə­viy­yə­li nü­ma­yən­də­nin qa­tıl­dı­ğı 23-cü Dün­ya Ener­ji Konqre­si­nin əhə­miy­yə­ti vur­ğu­la­nıb. Bu mö­tə­bər təd­bir­də ener­ji mə­sə­lə­lə­ri ilə bağ­lı mü­hüm möv­zu­la­rın mü­za­ki­rə edi­lə­cə­yi qeyd olu­nub. Azər­bay­can­da ener­ji, o cüm­lə­dən neft-qaz ya­taq­la­rı­nın iş­lən­mə­sin­də yük­sək tex­no­lo­gi­ya­la­rın tət­biq olun­du­ğu nə­zə­rə alı­na­raq, bu sa­hə­də dün­ya təc­rü­bə­si­nin öy­rə­nil­mə­si məq­sə­di­lə öl­kə­mi­zin Konqre­sə bö­yük ma­raq gös­tər­di­yi vur­ğu­la­nıb.

Söh­bət za­ma­nı Azər­bay­can­la BP şir­kə­ti ara­sın­da uğur­lu əmək­daş­lı­ğın ha­zır­kı sə­viy­yə­sin­dən məm­nun­luq ifa­də edi­lib. Bir­gə la­yi­hə­lə­rin uğur­la ic­ra olun­du­ğu, "Şah­də­niz" la­yi­hə­si üz­rə iş­lə­rin nə­zər­də tu­tul­du­ğu ki­mi da­vam et­di­ril­di­yi bil­di­ri­lib. Həm­çi­nin "Azə­ri", "Çı­raq", "Gü­nəş­li" ya­taq­la­rın­da ye­ni la­yi­hə­lər­lə bağ­lı da­nı­şıq­la­rın uğur­la apa­rıl­dı­ğı qeyd edi­lib.

Gö­rüş­də əmək­daş­lı­ğı­mı­zın perspek­tiv­lə­ri ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

 

Əli­yev və Ər­do­ğan bir­gə əmin­li­yi...

İs­tan­bul­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev­lə Tür­ki­yə Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğa­nın gö­rü­şü olub.

Gö­rüş za­ma­nı Azər­bay­can və Tür­ki­yə pre­zi­dentlə­ri öl­kə­lə­ri­miz ara­sın­da dostluq və qar­daş­lıq mü­na­si­bət­lə­ri­nin müx­tə­lif sa­hə­lər­də, o cüm­lə­dən si­ya­si, iq­ti­sa­di, ener­ji, nəq­liy­yat və di­gər sa­hə­lər­də uğur­lu in­ki­şa­fın­dan məm­nun­luq ifa­də edib­lər. Döv­lət baş­çı­la­rı əla­qə­lə­ri­mi­zin bü­tün sa­hə­lər­də bun­dan son­ra da ge­niş­lə­nə­cə­yi­nə əmin­lik­lə­ri­ni bil­di­rib­lər.

Söh­bət za­ma­nı mü­na­si­bət­lə­ri­mi­zin perspek­tiv­lə­ri ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Son­ra döv­lət baş­çı­la­rı bir­gə şam edib­lər.

Xə­bər xid­mə­ti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ