Cümə günü, 30 oktyabr 2026
     

Milli Məclis Avropa Parlamenti ilə kəsilmiş münasibətlərin bərpasına qərar verdi

Image


Milli Məclisin payız sessiyasının bu gün ilk iclası başlayıb. İclasın gündəliyinə 31 məsələ daxil edilib. İclası açıq elan edən spikeri Oqtay Əsədov bildirib ki, sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçib. O.Əsədov bildirib ki, bu referendum Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinə xalqın güclü dəstəyini nümayiş etdirdi.

Milli Məclisin payız sessiyasının ilk iclasında Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında məsələ də müzakirəyə çıxarılıb. Oqtay Əsədov bildirib ki, 2015-ci ildə Avropa Parlamentinin Milli Məclisə qarşı qəbul etdiyi qərəzli qətnaməyə görə Milli Məclis öz qərarını vermişdi və o dövrdən Avropa İttifaqı Parlament Əməkdaşlıq Təşkilatı və eləcə də AvroNest-də öz iştirakını dayandırmışdı: “Bu bir il ərzində biz onların heç bir tədbirində iştirak etməmişdik. İl ərzində dəfələrlə Azərbaycan Parlamentinə müraciətlər olunub, şəxsi səfərlər olub, bu məsələləri qaydaya qoymaq üçün cəhdlər olub. Sentyabrın 19-20-də Avropa Parlamentinin qərarı ilə 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəldi. Prezident İlham Əliyev bu nümayəndə heyətini qəbul etdi və heyətə qəti iradlarını bildirdi. Əgər münasibətlərimizi bərpa edəcəyiksə, dövlət başçısı hansı istiqamətdə bərabərhüquqlu səviyyədə əlaqələrimizi davam etdirməyimiz barədə münasibətini bildirdi”.

İclasda “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi də müzakirəyə çıxarılıb. Layihəni təqdim edən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti ötən il Azərbaycanla bağlı qərəzli qərar qəbul etdikdən sonra ötən 1 il ərzində avroparlamentarilər rəsmi və qeyri-rəsmi şəkildə bu münasibəti bərpa etməyə çalışıblar, amma Azərbaycan deputatlarından heç kim onlarla ünsiyyətdə olmayıb: "Onlara bir fikir çatdırılıb ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Biz dedik ki, Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər. Belə də oldu və bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti belə geniş tərkibdə hələ heç bir ölkəyə nümayəndə heyəti göndərməyib.

Onlar Azərbaycan prezidenti tərəfindən qəbul olundu, bütün söhbət mətbuatda da geniş işıqlandırıldı. Çox konkret, obyektiv və Avropa Parlamentinin qeyri-obyektivliyini sənədlər əsasında əks etdirən görüş oldu. Bu görüş dönüş nöqtəsi idi. Azərbaycan prezidenti faktları ortaya qoydu və onlar anladılar ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır.

Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməyib, etmək fikrində olmayıb. Biz Avropa Birliyi ilə də ən yüksək səviyyədə münasibətlər qurmaq istəyirik. Amma qarşıqlıqlı maraqlar qorunmalıdır".

Spiker Oqtay Əsədov isə bildirib ki, bir çox avroparlamentarilər təklikdə görüşdə ötən il qəbul etdikləri qərara görə üzr istəyiblər.

O, həmçinin qeyd edib ki, qrup yaradılıb və bu qrup Avronestlə bağlı qərar üzərində də işləyəcək.

Layihə səsə qoyularaq qəbul olunub.

Sənəddə bildirilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.

“Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib.

Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərin qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.

Bu il sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib.

Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq, Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015-ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11-ci maddələri qüvvədən düşmüş sayır”.

Millət vəkili Bəxtiyar Əliyev Böyük isə Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib. B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks Dağlıq Qarabağa gələrək işğalçı ordunun əsgərləri qarşısında çıxış edərək bildirib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”: “Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda da qeyd edilmişdir ki, Qərbdə müsəlmanlarla xristianları qarşı-qarşıya qoyurlar, ayrı-seçkilik edirlər. Bu, təhlükəli tendensiyadır. Hesab edirəm ki, onun dini ədavət çağırışı Britaniya parlamentində müzakirə edilməlidir. Çünki dini ədavətə çağırış yolverilməz haldır”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.

Britaniyalı parlamentarinin Azərbaycanının işğal edilmiş ərazisində səsləndirdiyi fikirlərə gəldikdə isə, O.Əsədov bildirib ki, “Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır”.

Milli Məclisinin iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif də səslənib (APA). Bu təşəbbüslə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.  O qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir: “Amma bu gün cəmiyyətimizdə internet –onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq,  bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.

Deputat medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: “Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu  bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır. Media özünü  reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”.

Ə. Amaşov “Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanda tələbələrə kreditlərin ayrılması ilə bağlı problemlər mövcuddur.

YAP-çı deputat deyib ki, bir müddət əvvəl Azərbaycanda Tələbə Kredit Fondu yaradılsa da, ancaq təəssüflər olsun ki, bu quruma cəmi 11 universitet üzv olub: “Bu da müəyyən problemlər yaradır. Bu sahədə problemlər tam həllini tapmayıb. Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.

Əli Məsimli isə bankları manipulyasiya edib insanları aldatmaqda ittiham edib. Manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu xatırladan millət vəkili dollar ifadəsində ödənişi düzgün saymır: "Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq".

Millət vəkili Qənirə Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib. Həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib.

O deyib ki, bu adamların sayı çox deyil: "Yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Onların təhsil haqqından azad edilməsi məsələsinə baxılmalıdır".

"Banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır. Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir". "APA-Economics" xəbər verir ki, bunu isə Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş pulunu etibar etdiyi maliyyə təşkilatının vəziyyətini qiymətləndirə bilsin.

Q. Həsənquliyev əlavə edib ki, sığorta şirkətləri də insanları həddindən çox incidir: "Sığorta şirkətləri avtomobili qəzaya uğrayan vətəndaşlara ödəniş etməkdən yayınır. Mənə bununla bağlı vətəndaşlardan çox sayda şikayətlər daxil olur. Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Ödənişin olunmamasının səbəbini soruşuram. Cavab verirlər ki, avtomobil köhnədir və sairə. İnsanları bu qədər incitmək olmaz. Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ