Cümə günü, 30 oktyabr 2026
     

Bakı Forumu dünyanı 17 məqsəd, 169 məsələnin həlli naminə bəşəri birliyə yönəltdi - FOTO

Image


Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTac Dövlət İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masada birinci panel keçirilib.

Trend-in məlumatına görə, paneldə dünyanın nüfuzlu media qurumlarının rəhbərləri, Azərbaycan dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbəri, yerli media qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib. Dəyirmi masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.

M.Qusman bildirib ki, müasir jurnalistika və informasiya texnologiyaları barədə geniş müzakirələrin aparılmasına ehtiyac var. O bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun bu cür müzakirələrə geniş imkanlar yaradır. M.Qusman forumun təşkilatçılığına görə Azərbaycana, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən AzərTac-in baş direktoru Aslan Aslanov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini qeyd edib. O bildirib ki, bu gün müzakirə olunan mövzu dünya mediasını da dərindən düşündürür və narahat edir: “Bu baxımdan da sözügedən mövzu Azərbaycan üçün olduğu kimi, dünya mediası üçün də aktual əhəmiyyətə malikdir. Müasir jurnalistika yeni mərhələyə qədəm qoyub və dünya nizamında mütləq öz yerini tapmalıdır. Bunun üçün də gərgin müzakirələr gedir. Əminəm ki, bu gün Bakıda sözügedən mövzularda çox maraqlı və səmərəli müzakirələr olacaq”.

Dəyirmi masada çıxış edən UNESCO-nun baş direktorunun birinci müavini Enqida Qetaçyu bildirib ki, internetin, informasiya texnologiyalarının inkişafı həm cəmiyyətə, həm də mediaya mühüm təsir göstərib, söz azadlığı üçün münbit şərait yaradıb. O qeyd edib ki, bu gün dünyada obyektiv jurnalistikaya böyük eytiyac var. UNESCO rəsmisi bildirib ki, jurnalistika həssas dövürlərdə, o cümlədən böhran və münaqişələr zamanı cəmiyyətə düzgün informasiya çatdırmalıdır. Onun fikrincə, jurnalistika yalnız cəmiyyətə informasiya çatdırılması baxımından deyil, eyni zamanda cəmiyyətin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. E.Qetaçyu bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu bu istiqamətdə, o cümlədən dünya qarşısında duran çağırışlarla bağlı müzakirələrin aparılması üçün çox gözəl platformadır. O, bu təşəbbüsün irəli sürülməsi və uğurla davam etdirilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

Azərbaycan Diplomatik Akademiyasının Aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda jurnalistikanın tarixi haqqında danışıb və bildirib ki, Azərbaycan milli mətbuatının əsası Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulub. Ş.Mehrəliyeva həmin dövrdən Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini bildirib. Bu gün jurnalistikanın vəzifələrinə toxunan Ş. Mehrəliyeva medianın məsuliyyətli olmasının zəruri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi informasiya texnologiyalarının mediada rolu haqqında danışıb. O bildirib ki, informasiya texnologiyalarının inkişafı yeni informasiya qanyaqlarının meydana gəlməsinə şərait yaratdı. M.Xodadi bildirib ki, informasiya texnologiyalarının inkişafı sayəsində bu gün informasiya daha geniş auditoriyanı əhatə edir. O, medianın yeni reallıqlara uyğunlaşmasının vacibliyini qeyd edib.

Dəyirmi masada çıxış edən Malaziya “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana teleşirkətinin baş icraçı direktoru Vuldu Baraki, Yaponiyanın “World İnvestors” internet televiziyasının prodüseri Kazuyasu İşida mövzu barədə fikirlərini bölüşüblər.

Nobel laureatçısı Azərbaycan tolerantlığından ruhlandı

Azərbaycan tolerantlığı və multikulturalizmə qarşı münasibəti ilə ruhlandırır. Bunu ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka V Bakı Beynəlxalq Humanitar Forumunda deyib. O bildirib: "Yaşadığım Afrikada dini dözümlülüklə bağlı böyük problemlər var. Azərbaycanda olarkən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir arada yaşamasına, ünsiyyət saxlamasına və bir-birinə hörmət etməsinə mat qalıram. Azərbaycanda belə tolerantlıq, multikulturalizmə qarşı belə münasibət məni ruhlandırır. İstərdim ki, dünyanın bir çox ölkələri ölkənizdən nümunə götürsünlər".

Forumda qaçqınlar məsələsi də müzakirə olundu

BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov isə deyib ki, hazırda dünyada ikinci dünya müharibəsindən sonra ən böyük qaçqın sayı müşahidə olunur.

Onun sözlərinə görə, onların sayı artmaqda davam edir, milyonlarla insan hər il yaxşı həyat şəraiti axtarışında sərhədləri keçir.

R.Xaliqov həmçinin xatırladıb ki, ötən həftə Nyu-Yorkda qaçqınlar üzrə yeni bəyannamə qəbul edilib və iştirakçı ölkələrin onun müddəalarının yerinə yetirilməsi üzrə öhdəlikləri var.

Azərbaycana qarşı erməni təcavüzü də unudulmadı

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan erməni təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünləri qəbul etməyə məcbur oldu. Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Forumun sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin zəruri həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün bütün mümkün tədbirləri görür.

Ə.Həsənov qeyd edib ki, onlar üçün yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilir: "Azərbaycanın qaçqınlar barəsində milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğundur".

Sessiya zamanı Azərbaycana qarşı erməni təcavüzü barədə sənədli film nümayiş etdirilib.

Elmira Süleymanova ermənilərin sərhəd təxribatını gündəmə gətirdi

Elmira Süleymanova isə deyib ki, Ermənistan tərəfi atəşkəs rejimini pozmağa davam edir ki, bu da təmas xətti yaxınlığında yaşayan Azərbaycan vətəndaşlarının bəzi hüquqlardan istifadəsini məhdudlaşdırır.

O bildirib: "Ermənistan torpaqlarımızı işğal etdikdən sonra, yəni təqribən 25 il əvvəl qaçqınlarla problemimiz başladı. Azərbaycanda qaçqınlar digər vətəndaşlar kimi eyni hüquq və imkanlara malikdirlər".

E.Süleymanova qeyd edib ki, Azərbaycan enerji resurslarının satışından gəlirlər əldə etməyə başlayandan sonra qaçqın düşərgələrinin sakinləri məskunlaşdırıldı, insanlara yeni mənzil verildi.

"Vyetnam sindromu", "əfqan sindromu" olduğu kimi, "Xocalı sindromu" da var"

"Azərbaycanda hazırda 2 milyondan çox ailə var. Hər il 75 mindən çox ailə qurulur. Bu ailələrdən bəzilərinə ünvanlı sosial yardım, çoxuşaqlı ailələrə isə müavinət verilir". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Forum çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib.

Dünyada müharibə və münaqişələrin davam etdiyini qeyd edən komitə sədri bunların  qarşısını almaq üçün mexanizmlərin mövcud olmadığını bildirib: "Müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada "Vyetnam sindromu", "əfqan sindromu" mövcuddur. Xocalıda törədilən genosid isə "Xocalı sindromu" yaradıb".

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsində nələr yazıldı...

Sonda V Bakı Beynəlxalq Humanitar Forumunun nəticəsi olaraq Bəyannamə qəbul olunub. Bəyannamənin mətnində deyilir:

“V Bakı Beynəlxalq Humanitar Forumununda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycanın paytaxtı Bakı şəhərində toplaşan siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsini, BMT Baş Assambleyasının 2030-cü ilədək davamlı inkişafa dair 2015-ci il 25 sentyabr tarixli Qətnaməsini və iqlim dəyişikliklərinə dair 2015-ci il 12 dekabr Paris Razılaşmasını rəhbər tutaraq:

Minillik Bəyannaməsində hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlər əldə edildiyini vurğulayaraq çox sayda humanitar problemlərin, xüsusilə təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya kommunikasiya texnologiyalarının yayılması, "rəqəmsal fərqlər"in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılan əhəmiyyətli nailiyyətləri yüksək dəyərləndirərək;

davamlı inkişaf sahəsində 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni miqyaslı və ambisiyalı ümumi gündəliyə sadiqliyimizi bəyan edərək və insan kapitalının qorunması və artırılmasının əhəmiyyətini vurğulayaraq;

insan ləyaqətinin, hüququn aliliyi, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin başlıca əhəmiyyət daşıdığını etiraf edərək və insan kapitalının artırılmasının minilliyin məqsədlərinin gerçəkləşdirilməsində əsas şərt olduğunu hesab edərək;

hamını davamlı inkişaf sahəsində bəyan edilmiş 17 məqsədə nail olmaq üçün qüvvələri səfərbər etməyə və bəşəriyyət qarşısında qoyulan 169 məsələnin həllində qərarlılıq nümayiş etdirməyə çağıraraq;

sülh olmadan davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin təxirə salınmadan və ədalətli həllinə çağıraq;

davamlı inkişafı təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlı təmin olunmasının zəruriliyi ilə razılaşaraq;

bir çox ölkələrin davamlı inkişaf yolunda qısamüddətli və uzunmüddətli müxtəlif proqramların tərtib olunmasını tələb edən böyük problemlərin hələ də mövcüdluğunu dərk edərək, kəskinkəşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bunlarla əlaqədar humanitar böhranları və insanların məcburi yerdəyişmələrimi qətiyyətlə pisləyərək;

mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılan nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətləri və imkanlarının alınması hallarının olduğunu qeyd edərək;

gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqliyimizi bəyan edərək;

yalnız humanitar etikanı əsas prinsiplərinin nəzərə alınmasının və bütün intellektual, mədəni və sosial potensialın səfərbər edilməsinin ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünə diqqət yetirərək;

humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin və informasiya texnologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq;

yaşadığımız planetin və onun təbii ehtiyatlarının etibarlı qorunması, iqlim amilləri və bioloji müxtəlifliyin mühafizə zərurətini nəzərə almaqla inkişafın və texnologiyalardan istifadənin təminatı üçün qüvvələrin səfərbər olmasını arzu edərək;

qloballaşma şəraitində elmi ictimaiyyətin XXI əsrin çağırışlarına adekvat cavab axtarışları, elmlərin konvergensiyası və innovativ texnologiyaların, eləcə də biotexnologiyaların çox sayda fəlsəfi və etik problemlər meydana gətirdiyini xatırladaraq;

diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində qlobal humanitar problemlərin multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru; insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmli davamlı inkişafının əsası kimi; jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu; davamlı inkişaf və ekoloji sivilizasiya; molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər; texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin çağırışları kimi aspektləri nəzərdən keçirərək:

V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu və heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik;

yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elm və informasiya kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərt olduğunu hesab edirik;

Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;

Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin effektli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik;

insan kapitalının, həmçinin fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yolu ilə davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;

Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessasiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vuğulayırıq;

ekoloji sivilizasiya haqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsini vacibliyinə xüsusi diqqət yetiririk;

elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyalarının konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;

humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və "dəyirmi masa"ları mütəmadi şəkildə keçirməyə çağırırıq;

bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;

bu Bəyannamənin qəbul edilməsinin və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə olunmasını vacib sayırıq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ