şənbə günü, 31 oktyabr 2026
     

Bə­zi mə­mur­la­rın ya­zıl­ma­mış qa­nun­la­rı...

Image


Xa­ri­ci öl­kə­də iş­lə­mək üçün tə­yi­nat al­mış­dım. Hə­min və­zi­fə­nin ic­ra­sı­na baş­la­maz­dan əv­vəl, ne­cə de­yər­lər, "pa­pa­ğı­mı qar­şı­ma qo­yub" fi­kir­ləş­dim ki, gə­rək elə iş­lə­yəm, özü­mü elə apa­ram ki, in­di­yə­dək gör­dü­yüm, da­im hə­ya­tı­ma, əsəb­lə­ri­mə, ya­şa­yı­şı­ma söz­lə ifa­də olun­ma­ya­caq də­rə­cə­də cid­di tə­sir gös­tə­rən bə­zi mə­mur­la­ra ox­şa­ma­yım. Ona gö­rə "bə­zi mə­mur­lar" ifa­də­si­ni iş­lə­di­rəm ki, bü­tün mə­mur­la­rı bu sı­ra­ya aid et­mək düz­gün ol­maz­dı.

Fi­kir­ləş­di­yim ki­mi də iş­lə­dim. 

... İşə baş­la­dı­ğım ilk gün türk po­lis əmək­da­şı ya­xın­la­şıb, hər­bi qay­da­da sa­lam ver­di və düp­bə­düz da­yan­dı qar­şım­da. So­ruş­dum ba­ğış­la­yın, siz kim­si­niz? De­di ki, mən si­zin qo­ru­ma­nız ola­ca­ğam. Bil­dir­dim ki, mə­nə qo­ru­ma la­zım de­yil, ba­za­ra, dü­ka­na, gəz­mə­yə qo­ru­ma ilə ge­də bil­mə­rəm. Həm də qar­daş öl­kə­də iş­lə­yə­cə­yəm...

Po­lis iş­çi­si­ni be­lə "yo­la sal­dım" get­di.

Bi­rin­ci gün­dən ida­rə­nin əmək­daş­la­rı­nı bir ye­rə yı­ğıb, on­la­ra de­dim:

- Biz ha­mı­mız Azər­bay­ca­nı təm­sil edi­rik. Mən də siz­lər­dən bi­ri­yəm. Sa­də­cə ola­raq, mə­nim ma­a­şım siz­lər­dən bir az çox­dur. Heç za­man çə­kin­mə­yin, nə sö­zü­nüz ol­sa, o də­qi­qə gə­lin, söy­lə­yin. Mə­nim qə­bul sa­a­tım-fi­la­nım ol­ma­ya­caq!

İş­lə­di­yim beş il dörd ay müd­də­tin­də be­lə də ol­du. Bü­tün əmək­daş­lar dost, qar­daş ki­mi iş­lə­yib, fə­a­liy­yət gös­tər­di­lər. İl­lər bo­yu ida­rə­də, bir­cə də­fə be­lə, söz-söh­bət ol­ma­dı. Min­lər­lə qo­na­ğı yük­sək sə­viy­yə­də qar­şı­la­yıb yo­la sal­dıq, on­la­rın bü­tün qay­ğı­la­rı ilə məş­ğul ol­duq.

Mə­nim əy­ləş­di­yim ota­ğın qa­pı­la­rı, bir qay­da ola­raq, hə­mi­şə açıq olur­du. Bir də­fə ya­nı­ma gə­lən həm­yer­li­lə­ri­miz­lə söh­bət edər­kən re­fe­rent xa­nım qa­pı­nı örtdü. Söh­bə­ti ya­rım­çıq qo­yub, qa­pı­nı aça­raq so­ruş­dum ki, qa­pı­nı ni­yə örtdü­nüz? O da nə­za­kət­lə bil­dir­di ki, "si­zə ma­ne ol­ma­sın­lar, ona gö­rə"... Mən isə za­ra­fat­la de­dim ki, "bi­lir­si­niz, xəl­vət iş gör­səm, qa­pı­nı özüm ör­tə­cə­yəm. Gə­rək, qa­pı hə­mi­şə xal­qın üzü­nə açıq ol­sun".

İl­lər keç­di, əmək­daş­la­rı­mız in­di­yə­dək be­lə "mü­dir" gör­mə­dik­lə­ri­ni söy­lə­yir­lər və doğ­ru­su­nu de­yim ki, bu­nu eşit­mək mə­nim üçün çox xoş­dur. Ye­ri gəl­miş­kən de­yim ki, öl­kə­lə­rin bi­rin­də iş­lə­yən Azər­bay­can sə­fi­ri ilə gö­rü­şü­müz­də onun di­lin­dən bu söz­lə­ri eşit­mi­şəm: "Bir ay­dan çox­dur sə­fir­li­yin iş­çi­lə­ri­ni qə­bul edə bil­mi­rəm". Çox tə­əc­cüb­lən­dim və o də­qi­qə də hə­min sə­fir gö­züm­dən düş­dü. İn­di­yə qə­dər onun sə­fir­lik­də nə iş­lə məş­ğul ol­du­ğu­nu, iş­çi­lə­ri qə­bul et­mə­yə ni­yə vaxt ta­pa bil­mə­di­yi­ni ba­şa dü­şə bil­mi­rəm.

Dip­lo­mat ki­mi işə baş­la­yan­da 48 ya­şım var idi və hə­yat­da özü­mə gö­rə çox gör­müş­düm. Bi­lir­dim ki, ömür qı­sa ol­du­ğu ki­mi, və­zi­fə də hə­mi­şə­lik de­yil, gəl­di-ge­dər­dir... Sə­nə nə qə­dər im­kan ve­ri­lib, ça­lış, in­san­la­ra xid­mət elə, yad­daş­lar­da əbə­di­lik qal...

La­kin öm­rüm bo­yu çox vaxt bu­nun ək­si­ni gör­mü­şəm və in­di də be­lə gö­rü­rəm. Gö­zü­mü açan­dan və­zi­fə­li şəxslə­rin ço­xu­nun qa­pı­sın­da boy­nu­nu bü­küb, sa­kit-səs­siz, sa­at­lar­la növ­bə göz­lə­yən adam­la­ra ba­xan­da qəl­bim ağ­rı­yıb. Hə­mi­şə dü­şün­mü­şəm, bu in­san­la­rın təq­si­ri nə­dir ki, na­zir­lər, rə­is­lər, mü­dir­lər, di­rek­tor­lar... on­la­rı qa­pı­la­rın­da bu qə­dər göz­lə­dir? Bu nə de­mək­dir? Özüm də me­şin də­ri­li qa­pı­lar ar­xa­sın­da çox qal­mı­şam, axı! Odur ki, in­di qə­bul­lar­da göz­lə­mə­yə da­ha səb­rim qal­ma­yıb.

Ya­vaş-ya­vaş "bö­yük­lə­rin" ni­yə be­lə et­dik­lə­ri­ni ba­şa düş­mə­yə baş­la­dım. Heç de­mə, on­lar in­san­la­rı ona gö­rə qa­pı­la­rın­da göz­lə­dir­lər ki, de­sin­lər, bəs "fi­lan­kəs bö­yük adam­dır, onun qə­bu­lu­na düş­mək o qə­dər də asan de­yil".

Tə­səv­vür edin, ida­rə­nin baş­çı­sı qar­şı­sın­da buğ­la­nan çay, mo­ni­tor da gö­zü­nün önün­də (heç bil­mi­rəm, ida­rə­lər­də mo­ni­tor nə­yə la­zım­dır), qə­bul ota­ğın­da növ­bə göz­lə­yən­lə­rə ba­xıb, çay­dan içə-içə ləz­zət alır. Onun qə­bu­lu­na düş­mək is­tə­yən­lər isə yor­ğun­luq­dan, əsəb­dən, na­ra­hat­lıq­dan, nə­ha­yət al­çal­maq­dan məc­bu­rən düş­dük­lə­ri və­ziy­yə­tə min də­fə, mil­yon də­fə nif­rin yağ­dı­rır! San­ki "ata­sın­dan, ba­ba­sın­dan qal­ma" kres­lo­su­na yay­xa­nıb "keyf elə­yən" mə­mu­run isə heç ve­ci­nə de­yil.

Hər­dən kö­mək­çi­si­nin şə­bə­kə te­le­fo­nu­nun düy­mə­si­ni ba­sıb "göz­lə­yir­lər" de­mə­si­nə, "qoy göz­lə­sin­lər" de­yə ca­vab ve­rir. Öz­lə­rin­dən və­zi­fə­də bö­yük olan şəxs gə­lən­də isə nə­in­ki ka­bi­net­dən tə­lə­sik çı­xır, hət­ta ida­rə­nin hə­yə­ti­nə gi­rən ma­şın­la­rı­nın qa­ba­ğı­na yü­yü­rür­lər. Be­lə­lə­ri, bö­yük və­zi­fə­li­lə­rin qar­şı­sın­da "tər­bi­yə­li uşaq" ki­mi da­ya­nır­lar, on­la­rın önün­də iki­qat əyi­lir­lər!

Əl­bət­tə, özün­dən yaş­da da, və­zi­fə­də də bö­yük olan­la­ra hör­mət et­mək, on­lar­la nə­za­kət­lə dav­ran­maq yax­şı­dır, bir şərtlə ki, on­lar bu­na la­yiq ol­sun­lar. Bəs, la­yiq ol­du­lar-ol­ma­dı­lar, on­la­rın qar­şı­sın­da dim­dik, əs­gər ki­mi da­yan­maq nə­dir? Hə, Şeyx Nəs­rul­lah de­miş­kən, "bu­ra­da mə­sə­lə bir ba­la­ca tül­dür", yə­ni in­cə­dir. Bu mü­dir­lər, rə­is­lər... ona gö­rə öz­lə­rin­dən bö­yük və­zi­fə­li­lə­rin qar­şı­sın­da "tər­bi­yə­li gö­rün­mə­yə" ça­lı­şır­lar ki, əy­ri iş­lə­ri var, qor­xur­lar və ya "bö­yük­lər" gə­lə­cək­də on­la­ra mü­da­fi­ə­çi ola bi­lər­lər, və­zi­fə­də qal­ma­la­rı­na kö­mək edə bi­lər­lər... Nə olar, "əl-əli yu­yar, əl də üzü". Bir ba­la­ca özü­nü aşa­ğı tut­san, əyil­sən, "xən­cə­ri­nin qa­şı düş­məz ki!"

Özün­dən bö­yü­yə "si­zə ürə­yi­mi ver­mə­yə ha­zı­ram", "evi­mi si­zə ba­ğış­la­ya­ram" de­yən­lə­rin ta­le­lə­ri göz qa­ba­ğın­da­dır. Ya­rın­ma­ğın də­rə­cə­si­nə ba­xın: "Mən fi­lan­kə­sin aya­ğı­nın to­zu da ola bil­mə­rəm!" Əs­lin­də hə­min mə­mur düz de­yir. O ayaq to­zu da de­yil! Özü-özü­nü yax­şı ta­nı­yır, axı!

Əl­lə­ri­ni id­man­çı­lar ki­mi çi­yin­lə­ri bə­ra­bə­ri ara­la­yıb, son­ra bərkdən-bərkdən bir-bi­ri­nə vu­ran (gu­ya, ki­şi­nin oğ­lu ürək­dən əl ça­lır) mə­mur­la­rı gö­rən­də adam ib­rət edir. Ha­mı əl ça­lır. Əl çal­maq da bir mə­də­niy­yət­dir. Gə­rək ha­ra­da, ki­mə, ne­cə əl çal­ma­ğı da bi­lə­sən. Əl çal­maq üçün "özü­nü öl­dü­rən­lər" da­ha çox pis əməl­lər­lə məş­ğul olan­lar­dır! Ümu­miy­yət­lə, mən hə­mi­şə de­mi­şəm, yaz­mı­şam və be­lə dü­şü­nü­rəm ki, yal­taq­lar bö­yük xə­ya­nət­kar olur­lar. On­la­rı döv­lət işi­nə ya­xın bu­rax­maq ol­maz!

Heç kim da­na bil­məz ki, və­zi­fə­yə la­yiq olan­lar çox­dur və on­lar hə­mi­şə xal­qın se­vim­li­si­nə çev­ri­lir, və­zi­fə­dən ge­dən­dən son­ra da heç za­man unu­dul­mur­lar. Xalq hə­mi­şə on­la­rı qo­ru­yur, da­im yük­sək tu­tur. Və­zi­fə­li şəx­sin öz və­zi­fə­si­ni ye­ri­nə ye­tir­mə­si onun xid­mə­ti bor­cu­dur. Gə­rək və­zi­fə­li şəxs hər şey­dən əv­vəl əsl in­san ol­sun, ona mü­ra­ci­ət edən­lə­rin ye­rin­də özü­nü gö­rə bil­sin.

Bə­zi və­zi­fə­li şəxslə­rin bir sı­ra "müs­bət" xü­su­siy­yət­lə­ri də olur. On­lar öz ida­rə­lə­rin­də kül­li ix­ti­yar sa­hib­lə­ri ol­duq­la­rın­dan elə dü­şü­nür­lər ki, ha­mı­dan çox bi­lir­lər, ha­mı­dan ağıl­lı­dır­lar, ha­mı­dan üs­tün­dür­lər, on­lar de­yən ol­ma­sa dün­ya da­ğı­la bi­lər. İş yer­lə­rin­də öz­lə­ri­ni elə apa­rır­lar ki, ha­mı on­lar­dan "tük sa­lır", yə­ni qor­xur. Tə­yi­nat alıb, işə gə­lən ki­mi, ka­ti­bə­lə­ri, kö­mək­çi­lə­ri, sü­rü­cü­lə­ri, mü­ha­sib­lə­ri, an­bar­dar­la­rı (?!) və kim­dən xoş­la­rı gəl­mir­sə, ha­mı­sı­nı iş­dən çı­xa­rır, öz adam­la­rı­nı işə gə­ti­rir­lər. Bu ha­ra­da ya­zı­lıb? İn­san­la­rı ni­yə işin­dən-gü­cün­dən elə­yir­lər? Hö­ku­mət baş­çı­sı-zad­dır­lar ki, də­yi­şən­də na­zir­lər-fi­lan­lar də­yiş­sin, ye­ni hö­ku­mət təş­kil olun­sun? Adı­nı da qo­yur­lar ki, "mən da­ha yax­şı kol­lek­tiv yı­ğı­ram". On­dan son­ra gə­lən də "köh­nə­nin" "yax­şı" he­sab et­dik­lə­ri­ni çı­xa­rıb, ye­ni "yax­şı"lar ta­pır... Bu, dün­ya­nın ha­ra­sın­da gö­rü­nüb?

İda­rə baş­çı­la­rı ağıl­lı, sa­vad­lı, şəx­siy­yət­li iş­çi­lə­ri qə­tiy­yən sev­mir­lər, çün­ki be­lə­lə­ri­ni gə­lə­cək­də öz yer­lə­ri­nə na­mi­zəd gö­rür­lər. Ça­lı­şır­lar ki, or­da-bur­da on­la­rı hör­mət­dən sal­sın­lar. İş­lə­dik­lə­ri və­zi­fə­dən ya aşa­ğı və­zi­fə­yə ke­çir­sin­lər, ya da ümu­miy­yət­lə, ida­rə­dən uzaq­laş­dır­sın­lar ki, "əl-ayaq­la­rı­na do­laş­ma­sın­lar". Ona gö­rə də, nə qə­dər lə­ya­qət­li adam­lar iş­siz-güc­süz qa­lır, on­la­rın müs­bət şəx­si key­fiy­yət­lə­ri hə­yat­la­rı­nın acı­na­caq­lı keç­mə­si­nin sə­bə­bi olur.

Bə­zi və­zi­fə­li şəxslər in­san­la­rın mü­ra­ci­ət­lə­ri­ni, əri­zə və şi­ka­yət­lə­ri­ni la­zı­mi ün­van­la­ra çat­dır­mır, ona gö­rə də mü­ra­ci­ət edən­lə­rə heç bir ca­vab ve­ril­mir. İn­san­lar da qa­lır il­lər­lə göz­lə­yə-göz­lə­yə. Ki­mi əsəb­dən xəs­tə­lə­nir, ki­mi sı­nır, ki­mi­nin ürə­yi partla­yır, ki­mi göz­lə­yə-göz­lə­yə qo­ca­lır, hə­yat­dan kö­çür. Hə­min və­zi­fə­li şəxslər də yə­qin ürək­lə­rin­də (bə­zən açıq söy­lə­yir­lər) de­yir­lər ki, "bun­dan da ca­nı­mız be­lə qur­tar­dı!" Şi­fa­hi xa­hiş­lər, te­le­fon zənglə­ri ilə mü­ra­ci­ət­lər də ai­diy­yə­ti or­qan­la­ra və ya şəxslə­rə çat­dı­rıl­mır. Ni­yə də çat­dır­sın­lar?! Əvə­zin­də öz adam­la­rı­nın xa­hi­şi­ni çat­dı­rar­lar da...

Fa­ci­ə­dir ki, ət­raf­da­kı in­san­lar bü­tün bun­la­rı gö­rə-gö­rə, bi­lə-bi­lə, bir kəl­mə də da­nış­mır­lar. Da­ha doğ­ru­su, da­nış­ma­ğa, la­yiq­li adam­la­rı mü­da­fiə et­mə­yə qor­xur­lar. Gö­rə­sən, qor­xa-qor­xa nə qə­dər ya­şa­maq olar?

Mə­mur nə­dir, ya­nın­da, ya qa­pı­sın­da qo­çu (bu­nu qo­ru­ma ki­mi də ba­şa düş­mək olar) sax­la­maq nə­dir? Siz özü­nü­zü kim­dən qo­ru­yur­su­nuz? Elə bu­ra­da­ca qeyd et­mək ye­ri­nə dü­şər­di ki, bir ne­çə il əv­vəl Ru­si­ya te­le­vi­zi­ya­la­rın­dan bi­ri mə­lu­mat ver­di ki, qo­ru­ma sax­la­dı­ğı­na, on­la­ra büd­cə­dən nə az, nə çox, 4 mil­yon rubldan çox və­sa­it ödə­di­yi­nə gö­rə Ni­ko­la­yev şə­hə­ri­nin me­ri məh­kə­mə­də ca­vab ver­mə­li ola­caq. Yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­yən­lə­rin qo­ru­ma­la­rı ol­ma­sı tə­bi­i­dir. Bəs, la­zım ol­ma­dı­ğı hal­da, bə­zi və­zi­fə­li şəxslə­rin qo­ru­ma­lar sax­la­ma­sı nə üçün­dür? De­mə­li, öz əməl­lə­ri­ni bi­lir­lər! Ki­mə isə pis­lik et­miş­lər, ki­min isə evi­ni yıx­mış­lar, ki­mi isə ağ­lar gü­nə qoy­muş­lar, ki­mi isə sat­mış­lar, ki­mi isə və­zi­fə­dən sal­maq üçün altdan-altdan iş­lər gör­müş­lər.

Möh­tə­rəm oxu­cu­lar, fi­kir ver­mi­si­niz­mi, bə­zi mə­mur­lar heç vaxt tək gə­zin­ti­yə çıx­mır­lar. Adam içə­ri­si­nə çı­xan­da hə­mi­şə yan­la­rın­da "qul­be­çə­lə­ri", on­la­ra xid­mət gös­tə­rən­lə­ri və s. olur. Biz də mə­mur ol­duq, be­lə şey­lər gör­mə­dik. Ba­za­ra da özü­müz get­dik, dü­ka­na da. Sü­rü­cü nə bi­lir, mən ne­cə ət is­tə­yi­rəm, uşaq­la­rım han­sı al­ma­dan ye­yir? Ya­zıq sü­rü­cü­lər əsir-ye­sir olub­lar bə­zi mə­mur­la­rın əl­lə­ri­nin al­tın­da! Hə­lə onu de­mi­rəm ki, bə­zi mü­dir­lə­rin, rə­is­lə­rin ida­rə ma­şın­la­rı on­la­rın ai­lə-uşaq­la­rı­na xid­mət edir. San­ki bə­zi təş­ki­lat­la­rın rəh­bər­lə­ri­ni ka­ti­bə­lər, kö­mək­çi­lər ida­rə edir. Mü­di­ri, rə­i­si gör­mək is­tə­sən, ay­lar­la zəng vu­rur­san, hər də­fə bir bə­ha­nə ilə sə­ni al­da­dı­rar ki, bəs, "mü­dir ic­las­da­dır", "mü­dir mü­şa­vi­rə­də­dir", "mü­dir xa­ri­ci öl­kə­də­dir", "mü­dir Mil­li Məc­lis­də­dir", "sədr Pre­zi­dent Apa­ra­tı­na ge­dib", "di­rek­to­run qo­na­ğı gə­lib", "rə­is xəs­tə­dir, on gün işə çıx­ma­ya­caq..." Üz var ey, bun­lar­da! Nə qor­xur­lar, nə çə­ki­nir­lər! Əs­lin­də bə­zən mü­dir­lər, rə­is­lər, "şef­lər" yer­lə­rin­də olur­lar, ka­ti­bə­lə­ri­nə, kö­mək­çi­lə­ri­nə ca­ma­a­tı al­dat­ma­ğı öz­lə­ri tap­şı­rır­lar. "Mən ki­mi de­səm, an­caq onu bir­ləş­di­rin mə­nim­lə!" Baş­qa­la­rın­dan xe­yir gəl­mir, axı! Hər ida­rə­yə gə­lən, zəng edən mü­dir­lə da­nı­şa bil­di­sə, onun ka­bi­ne­ti­nə gi­rə bil­di­sə, da­ha nə ol­du!? Bu rəh­bər­lər ba­şa düş­mək is­tə­mir­lər ki, on­la­rı xal­qa xid­mət et­mək üçün və­zi­fə­yə qo­yub­lar, və­zi­fə­yə ona gö­rə qoy­ma­yıb­lar ki, tək­cə qo­hum-qar­daş­la­rı­na, sü­la­lə­si­nə, dos­tu­na, ta­nı­şı­na xid­mət et­sin!

Bö­yük bir və­zi­fə­yə tə­yi­nat alan şəx­si təb­rik et­mək üçün hə­min gün ona zəng vur­dum, te­le­fo­nu özü gö­tür­dü. So­ruş­dum ki, "nə əcəb, te­le­fo­nu özü­nüz gö­tür­dü­nüz?" Ca­vab ver­di ki, "hə­mi­şə be­lə ola­caq". Son­ra­lar də­fə­lər­lə ona zəng vur­dum, nə­in­ki te­le­fo­nu özü gö­tür­mə­di, heç vaxt te­le­fo­na ca­vab ver­mə­di... Möh­tə­rəm oxu­cu­lar elə dü­şün­mə­sin­lər ki, hə­min şəxslə ara­mız so­yuq­dur, sa­də­cə ola­raq, o ba­şa dü­şür ki, mən­dən ona xe­yir yox­dur... Bir də və­zi­fə onu də­yi­şib...

Hə­lə be­lə mə­mur­la­rın toy­da, yas­da, ye­mək-iç­mək sto­lu ar­xa­sın­da öz­lə­ri­ni ne­cə apar­dıq­la­rı­nı gö­rə­si­niz... Bu boy­da ha­rın­lıq, lov­ğa­lıq, özü­nü bö­yük apar­maq ol­maz axı! Axı, heç kim siz­dən əs­kik ki­şi­nin oğ­lu de­yil! Özü­nü­zü bir az sa­də, tə­va­zö­kar, türklər de­miş, mü­tə­va­zi apar­sa­nız nə olar? Adam da pu­lu ilə, ma­şın­la­rı ilə, ev­lə­ri-eşik­lə­ri ilə, vil­la­la­rı ilə qür­rə­lə­nər­mi? Bun­la­rı ka­sıb-ku­su­bun gö­zü­nə so­xar­mı? "Ölün, çat­la­yın" əda­sı ilə hə­rə­kət edər­mi? Be­lə­lə­ri­nə an­caq bir ad qoy­maq olar: "Gör­mə­miş­lər!"

Bir də­fə İs­tan­bul­da Ata­türk Ha­va Li­ma­nın­da ba­la­ca boy­lu, çox sa­də ge­yim­li bir ki­şi ilə təy­ya­rə­dən dü­şüb av­to­bu­sa min­dim. De­yə­sən, o mə­ni ta­nı­yır­dı, mən isə onu gör­mə­miş­dim, ta­nı­mır­dım. So­ruş­du ki, "mə­ni ta­nı­yır­sı­nız?" Ca­vab ver­dim ki, "xeyr". De­di, "mən Hü­seyn Bay­raq­da­ram. Si­zin o Mil­li Məc­lis­dən aşa­ğı 4 hün­dür bi­na var ha, on­la­rı mən tik­dir­mi­şəm". Adı­nı çox eşit­miş­dim. Bi­lir­dim ki, o, dün­ya­nın çox öl­kə­sin­də, Tür­ki­yə­nin bü­tün gu­şə­lə­rin­də, o cüm­lə­dən Azər­bay­can­da bir sa­hib­kar ki­mi bö­yük iş­lər gör­müş­dür. La­kin nə qə­dər sa­də, tə­va­zö­kar bir in­san­dır. Ona gö­rə də onun­la gö­rü­şü heç za­man unut­mu­ram. Bi­zim­ki­lə­rin isə bir az pul­la­rı olan­da elə bi­lir­lər ye­ri-gö­yü bun­lar ya­ra­dıb­lar! Tə­əs­süf! Çox tə­əs­süf! Am­ma dün­ya də­yi­şir. Yə­qin gə­lə­cək­də be­lə ol­ma­ya­caq...

Xey­rəd­din QO­CA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ