şənbə günü, 31 oktyabr 2026
     

Tə­rəq­qi­nin əzab­lı yol­la­rın­da

Image


"Afə­rin, So­na xa­nım! Əl­lə­ri­ni­zə sağ­lıq!" 

 

Fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, şa­ir, ya­zı­çı-pub­li­sist So­na Və­li­ye­va­nın "İşı­ğa ge­dən yol" ki­ta­bı­nı diq­qət­lə oxu­yub so­nun­cu, 767-ci sə­hi­fə­ni çe­vi­rən­dən son­ra fik­rim­də ya­ra­nan ilk tə­əs­sü­rat bu ol­du.

...Bir ay ön­cə Mil­li Mət­bu­at Gü­nü mü­na­si­bə­ti­lə ke­çi­ri­lən tən­tə­nə­li təd­bir­də Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın bö­yük mü­tə­fək­kir, ilk mil­li qə­ze­tin ya­ra­dı­cı­sı Hə­sən bəy Zər­da­bi­nin ömür yo­lun­dan bəhs edən "İşı­ğa ge­dən yol" ki­ta­bı­na gö­rə So­na Və­li­ye­va­ya təq­dim et­di­yi Ali Me­dia Mü­ka­fa­tı hə­qi­qə­tən ye­ri­nə dü­şüb. Ki­ta­bı oxu­yan hər kəs So­na xa­nı­mın xal­qa xid­mət ama­lı ilə zə­rif qa­dın çi­yin­lə­ri­nə nə qə­dər ağır yük gö­tür­dü­yü­nün şa­hi­di ola bi­lər. Onun zəh­mə­ti­nin adek­vat də­yə­ri hə­lə uzun il­lər bun­dan son­ra nə qə­dər oxu­cu təq­di­ri, tə­şək­kü­rü, o cüm­lə­dən jur­na­lis­ti­ka ix­ti­sa­sı öy­rə­nən nə qə­dər tə­lə­bə min­nət­dar­lı­ğı ilə ve­ri­lə­cək­dir. Çün­ki "İşı­ğa ge­dən yol" ki­ta­bı hə­qi­qə­tən çox də­yər­li el­mi-bə­dii-pub­li­sis­tik mən­bə­dir. Əl­bət­tə, mə­sə­lə heç də bir ki­ta­bın ya­zı­lıb or­ta­ya qo­yul­ma­sın­da de­yil. Mə­sə­lə­nin məğ­zi ya­zı­lan ki­ta­bın məz­mu­nun­da, gö­rü­lən işin əhə­miy­yət də­rə­cə­sin­də, çə­ki­lən zəh­mə­tin vəz­nin­də­dir.

Mü­ba­li­ğə­siz de­yək ki, So­na Və­li­ye­va Azər­bay­can mə­də­niy­yə­ti­nin dir­çə­liş döv­rü olan XIX əs­rin so­nu, XX əs­rin əv­vəl­lə­ri haq­qın­da bəl­kə də bir təd­qi­qat insti­tu­tu­nun gö­rə bi­lə­cə­yi qə­dər mü­hüm və iri­həcmli işi ba­şa çat­dı­rıb­dır. O dövr elə bir dövrdür ki, uzun əsrlər bo­yu mü­səl­man Şər­qi­nin əta­lət mü­hi­tin­də ya­tan (əs­lin­də - ya­tız­dı­rı­lan!) is­te­dad­lı bir xal­qı qəf­lət­dən ayıltmaq, onun da­xi­lin­də mil­li hey­siy­yat və mil­li şü­ur po­ten­si­a­lı­nı oyat­maq, aya­ğa qal­dı­rıb işıq gə­lən tə­rə­fi gös­tər­mək nə­in­ki mü­rək­kəb, çə­tin, ağır, hət­ta tə­səv­vür edil­mə­yə­cək qə­dər müş­kül bir mə­sə­lə idi. O za­man­lar Ru­si­ya­dan Qər­bə, Av­ro­pa­ya açı­lan tə­rəq­qi pən­cə­rə­si sa­yı­lan Moskva və Pe­ter­burq mü­hi­tin­də bi­lik, sa­vad qa­za­nan, dün­ya­gö­rü­şü el­mi tə­fək­kür üzə­rin­də for­ma­la­şan Hə­sən bəy Zər­da­bi doğ­ma və­tə­nə qa­yı­dıb qür­bət­də əl­də et­di­yi hə­min təh­sil, sa­vad im­kan­la­rın­dan xal­qın mə­na­fe­yi üçün is­ti­fa­də et­mə­yə baş­la­yan­da heç özü də bu işin bu qə­dər ağır ola­ca­ğı­nı tə­səv­vür et­məz­di. Sö­zün əsl mə­na­sın­da mil­lət fə­da­i­si olan Hə­sən bə­yin bü­tün cə­fa­keş­li­yi çox vaxt "mil­li-di­ni öz­gür­lük" bə­ha­nə­si al­tın­da Qər­bin mü­tə­rəq­qi ye­ni­lik­lə­ri­nin qar­şı­sı­nı kəs­mə­yə ça­lı­şan ge­ri­zə­ka­lı­la­rın, köh­nə fi­kir­li­lə­rin, sa­vad­sız­la­rın qa­lın zi­re­hi­nə də­yib ye­rə dü­şür, heç olur­du. Be­lə­cə, ağır bir müş­kü­lün al­tı­na gi­rən bəy oğ­lu bə­yin ne­cə föv­qə­la­də bir in­san ol­du­ğu­nu açıb gös­tər­mək, onun dol­ğun bə­dii-sə­nəd­li ob­ra­zı­nı ya­rat­maq və məhz bu cür əzmkar in­sa­nın ağır mil­lət yü­kü­nü qal­dı­ra bi­lə­cə­yi­nə oxu­cu­nu inan­dır­maq heç də asan mə­sə­lə de­yil.

Əsa­sən ca­hil­lik­dən do­ğan eqo­ist fi­kir­lə­rin xoş­hal əta­lə­ti al­tın­da da­ha ra­hat gə­zən bə­zi ki­şi­lər öz­lə­ri­ni Tan­rı tə­rə­fin­dən xü­su­si ya­ra­dıl­mış məx­lu­qat sa­ya­raq hər sa­hə­də, o cüm­lə­dən ya­ra­dı­cı­lıq­da qa­dın­lar­dan üs­tün ol­duq­la­rı­nı qa­bartmaq­dan həzz alar­lar. An­caq ya­zı­çı-pub­li­sist, alim və şa­ir So­na Və­li­ye­va məhz ya­ra­dı­cı­lıq işi ilə sü­but edir ki, bu gün be­lə bir ki­ta­bı yaz­maq hər ki­şi­nin işi de­yil... Qoy heç kəs in­ci­mə­sin, an­caq be­lə mə­qam­lar­da nə tə­kəb­bür, nə tə­bii ya­ra­dı­lış im­kan­la­rı, nə də fi­zi­ki güc ka­ra gə­lər. Be­lə bir ki­ta­bı yaz­maq üçün bir çox baş­qa şərtlər də la­zım­dır: id­rak po­ten­si­a­lı, mə­nə­vi zən­gin­lik, in­tel­lek­tu­al ba­za, də­rin el­mi sa­vad, ge­niş dün­ya­gö­rü­şü, zi­ya­lı həs­sas­lı­ğı...

El­mi-bə­dii-pub­li­sis­tik ki­tab say­sız-he­sab­sız fak­to­lo­ji ma­te­ri­al­lar­la zən­gin­dir. Mü­əl­lif zən­gin bil­gi­lə­rə is­ti­nad edə­rək, Hə­sən bəy Zər­da­bi­nin hə­ya­tın­da mü­hüm rol oy­na­mış, onun for­ma­laş­ma­sın­da, uğur­la­rın­da iş­ti­rak et­miş, ar­xa-da­yaq ol­muş Rə­him bəy, Sə­lim bəy, Fə­rəc bəy, Mən­zər ana, Hə­ni­fə xa­nım, Ve­ra, rek­tor So­lov­yov, Tac­lı­bə­yim, Mir­zə Fə­tə­li, Se­yid Əzim, Ha­cı Zey­na­lab­din, qu­ber­na­tor Sta­ro­selski, Nə­cəf bəy, Əs­gər ağa, Əli­mər­dan bəy, İs­ma­yıl Kas­pı­ra­lı və b. ki­mi ma­raq­lı in­san­la­rın bə­dii ob­raz­la­rı­nı us­ta­lıq­la ya­ra­dır. Mil­lə­tin ba­la­la­rı­nı oxut­maq üçün xey­riy­yə cə­miy­yə­ti aç­maq niy­yə­ti­lə Hə­sən bəy Şa­ma­xı, Gən­cə, Şu­şa, İrə­van, Tif­lis və baş­qa yer­lə­ri gə­zib mö­tə­bər in­san­lar­la söh­bət et­dik­cə, ke­çi­lən hər vi­la­yət, hər şə­hər, kənd haq­qın­da, o yer­lə­rin ta­ri­xi haq­qın­da oxu­cu­ya ət­raf­lı mə­lu­mat ve­rir. Ey­nən ye­ri gəl­dik­cə xal­qın hə­yat və mə­i­şə­ti­nə aid mü­hüm cə­hət­lə­ri vur­ğu­la­yır, bə­dii təs­vir­lə­ri və sə­nəd­li təs­diq­lə­ri diq­qət­lə qə­lə­mə alır. Mil­li adət-ənə­nə­lər, toy­lar, bay­ram­lar, ayin və mə­ra­sim­lər, ai­lə-ni­kah, ev­dar­lıq, ku­li­na­ri­ya mə­sə­lə­lə­ri, kənd tə­sər­rü­fa­tı, flo­ra və fa­u­na, me­te­o­ro­lo­gi­ya, coğ­ra­fi­ya, et­noq­ra­fi­ya, xalq ya­ra­dı­cı­lı­ğı, şi­fa­hi və ya­zı­lı ədə­biy­yat, aşıq sə­nə­ti, te­atr, dra­ma­tur­gi­ya, rəs­sam­lıq, kənd tə­sər­rü­fa­tı, mət­bu­at işi... - bir söz­lə, mə­ha­rət­lə qə­lə­mə alı­nan bü­tün şərhlər mü­əl­li­fin en­sik­lo­pe­dik bi­li­yə ma­lik ol­du­ğu­nu gös­tə­rir.

Hə­min zən­gin mə­lu­mat­la­rı bir ye­rə top­la­yıb ni­zam­la­maq, sis­tem­li şə­kil­də və xro­no­lo­ji ar­dı­cıl­lıq­la oxu­cu­ya təq­dim edə bil­mək həm əsə­rin də­yə­ri­ni ar­tı­rır, həm də xoş tə­əs­sü­rat ya­ra­dır. San­ki ya­zı­çı se­və-se­və qə­lə­mə al­dı­ğı qəh­rə­ma­nın ar­zu-is­tək­lə­ri­nə, idel­la­rı­na uy­ğun ola­raq özü də mil­lət yo­lun­da ça­lı­şan bir elm, təh­sil, ma­a­rif fə­da­i­si ki­mi fə­a­liy­yət gös­tə­rir. Hiss olu­nur ki, mü­əl­lif in­di­yə qə­dər oxu­du­ğu, öy­rən­di­yi, ta­nış ol­du­ğu bü­tün mən­bə­lə­ri də­rin­dən mə­nim­sə­yə­rək bəh­rə­lən­di­yi mə­lu­mat­lar­dan yük­sək pe­şə­kar­lıq­la is­ti­fa­də et­miş­dir. O, el­mi-nə­zə­ri mə­xəz­lər üzə­rin­də qu­ru­lan ori­ji­nal bə­dii dü­şün­cə­lə­ri­ni, fərqli dün­ya­gö­rü­şü­nü özü­nə xas dəst-xət­lə qə­lə­mə alır. Zə­ru­ri olan hər bir iza­ha­tın xey­li səbrlə, sər­bəst şə­kil­də, in­cə zövq və sə­lis dil­lə yer­li-ya­taq­lı təq­dim olun­ma­sı isə, şüb­hə­siz, mü­əl­lif üs­lu­bu­nun özəl­li­yin­dən xə­bər ve­rir.

1873-cü il­də Ba­kı gim­na­zi­ya­sın­da dərs de­di­yi tə­lə­bə­lər­lə bir­lik­də ha­zır­la­dı­ğı ta­ma­şa­nın nü­ma­yi­şi ilə Azər­bay­can­da ilk Mil­li Te­at­rın əsa­sı­nı qo­yan Hə­sən bəy Zər­da­bi az son­ra Azər­bay­ca­na baş­qa bir mü­a­sir mə­də­niy­yət nü­mu­nə­si­ni - jur­na­lis­ti­ka sə­nə­ti­ni gə­ti­rir. "Nə qə­dər biz ava­mıq, bi­zi al­da­da­caq­lar", - de­yən Hə­sən bəy tə­rəq­qi na­mi­nə məhz mət­bu­at işi­ni xü­su­si­lə va­cib sa­yır­dı. Bu­gün­kü qə­zet bol­lu­ğun­da, öl­kə­də mət­bu­at və di­gər KİV-lə­rin gur in­ki­şaf et­di­yi bir vaxtda 22 iyul 1875-ci il­də ilk sa­yı çap­dan çı­xan "Əkin­çi" qə­ze­ti­nin iki il ər­zin­də min bir əziy­yət­lə işıq üzü gö­rən ya­zı­la­rı ilə ta­nış ol­duq­ca, o döv­rün qa­ra­gü­ruh­çu di­ni xu­ra­fa­tın­dan qur­tu­la bil­mə­yən, əha­li­si­nin ək­sə­riy­yə­ti sa­vad­sız olan bir mü­hit­də bu qə­dər mü­tə­rəq­qi fi­kir­lə­ri yay­ma­ğın ne­cə müm­kün ol­du­ğu və nə qə­dər bö­yük cə­sa­rət tə­ləb et­di­yi hey­rət do­ğu­rur: "...Ey bi­zə diq­qət edən­lər, bu qə­ze­tin kəs­ri­ni gö­rən­də gül­mə­yin. Gül­mək ye­ri de­yil. Siz ağ­la­yın ki, bi­zim mü­səl­man­la­rın bir­cə qə­ze­ti də bu­rax­ma­ğa ada­mı yox­dur". Bu söz­lə­ri Hə­sən bəy göz yaş­la­rı için­də fər­yad edə­rək ya­zır­dı.

İlk mət­bu nəşr olan "Əkin­çi"nin ya­ran­ma ta­ri­xi haq­qın­da mü­fəs­səl bəhs olu­nan ki­tab­da, həm­çi­nin, o döv­rün - "Ba­kinskie iz­ves­ti­ya", "Tif­lisskie ve­do­mos­ti", "Kav­kaz", "Qo­los", "Kas­pi", "Tər­cü­man", "Zi­ya", "Zi­ya­yi-Qaf­qa­ziy­yə", "Kəş­kül", "Şər­qi-Rus" və di­gər qə­zet­lər ba­rə­də də mə­lu­mat­lar ve­ri­lir. Da­hi klas­sik­lər Ni­za­mi, Nə­si­mi, Fü­zu­li, Tu­si və b. haq­qın­da ət­raf­lı söz açı­lır. Mü­əl­li­fin eru­di­si­ya­sı­na də­la­lət edən bü­tün bun­la­ra yal­nız gər­gin mü­ta­liə, təd­qi­qat­çı­lıq sə­riş­tə­si, oxu­maq-öy­rən­mək səb­ri, müx­tə­lif elm sa­hə­lə­ri­lə ma­raq­lan­maq hə­və­si sa­yə­sin­də na­il ol­maq müm­kün­dür. Ro­man-epo­pe­ya jan­rı­nın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, to­xu­nu­lan hər mə­qam­la bağ­lı oxu­cu­ya dol­ğun in­for­ma­si­ya ve­ri­lir, araş­dır­ma və ay­dın­laş­dır­ma­la­rın nə­ti­cə­lə­ri ərklə, inam­la təq­dim edi­lir, oxu­cu üçün heç bir qa­ran­lıq cə­hə­tin qal­ma­sı­na im­kan ve­ril­mir. Həs­sas və diq­qət­cil mü­əl­li­fin nə­zə­rin­dən hət­ta ən xır­da, əhə­miy­yət­siz sa­yı­la bi­lə­cək ki­çik de­tal da ya­yın­mır. Bə­zən ilk ba­xış­da uy­ğun­suz­luq, ya­xud unut­qan­lıq ki­mi gö­rü­nən mə­qam­la­ra mü­əl­lif bir ne­çə sə­hi­fə­dən son­ra qa­yı­da­raq iza­hı­nı ve­rir və tə­ləs­kən oxu­cu­nu "ni­ga­ran­çı­lıq­dan" çı­xa­rır. De­mək, hər şe­yin öz ye­ri, öz mə­qa­mı var­mış, mü­əl­lif bu­nu bi­lir və bu yol­la da oxu­cu­nu apa­rır.

"İşı­ğa ge­dən yol"da on­lar­la ma­raq­lı epi­zod, yüz­lər­lə in­cə de­tal, həs­sas nü­ans, qəlblə­ri tit­rə­dən, duy­ğu­la­rı oya­dan ib­rə­ta­miz ha­di­sə­lər var. Xa­siy­yə­ti ki­mi özü də gö­zəl olan Hə­sən bə­yin ro­man­tik əh­va­lat­la­rı, xü­su­sən onu bö­yük sə­mi­miy­yət­lə se­vən üç qı­zın - Ve­ra, Tac­lı­bə­yim və Hə­ni­fə xa­nı­mın hiss-hə­yə­can­la­rı, sev­gi eti­raf­la­rı və on­la­rın hər bi­ri­nə azər­bay­can­lı men­ta­li­te­ti­nə xas na­mus-qey­rət föv­qün­dən ya­na­şan Hə­sən bə­yin vic­dan­lı mü­na­si­bət bəs­lə­mə­si çox diq­qət­lə, hə­zin duy­ğu­lar­la təs­vir olu­nur.

Ro­ma­nın əsas leytmo­ti­vi­ni təş­kil edən yu­xu epi­zo­du isə xü­su­si də­yə­rə la­yiq­dir. Bö­yük bir ömür ya­şa­mış gör­kəm­li şəx­siy­yə­tin zən­gin hə­yat yo­lu­nu qır­mı­zı bir ana xətt ət­ra­fın­da to­par­la­ma­ğa im­kan ve­rən bu yu­xu­lar uğur­lu ya­ra­dı­cı­lıq ta­pın­tı­sı­dır. Vi­zu­al cə­hət­dən də tə­səv­vür­də çox ma­raq­lı, ba­xım­lı löv­hə­lər can­lan­dı­ran yu­xu təs­vir­lə­ri xü­su­si zövqlə qə­lə­mə alın­mış mətnlər­dən iba­rət­dir. Əs­ra­rən­giz, sir­li-sehrli, ul­duz­lu-işıq­lı yu­xu­lar Hə­sən bə­yin ta­le­yi­nə işa­rə edən alın ya­zı­sı ki­mi bü­tün ki­tab bo­yu da­vam edir. Hə­ya­tı­nın müx­tə­lif çağ­la­rın­da, mü­hüm ha­di­sə­lər ərə­fə­sin­də hər də­fə Hə­sən bəy yu­xu­sun­da ul­duz­lu sə­ma al­tın­da, su üzə­rin­də­ki yol­la, uzaq­lar­da ya­nan işı­ğa doğ­ru ge­dir. Moskva­da ali təh­sil alan­da, Ba­kı­da qə­zet çı­xartmaq üçün ça­lı­şan­da, Zər­dab­da kənd ca­ma­a­tı­na xid­mət edən­də... bu yu­xu­lar ona mə­nə­vi güc ve­rir, san­ki ona qeybdən gə­lən İla­hi təq­dir ki­mi doğ­ru yol­da ol­du­ğu­na əmin­lik ya­ra­dır.

İlk də­fə o, işıq­lı yu­xu­su­nu ba­la­ca uşaq vax­tı yay­da ba­ba­sı­nın böy­rü­nə sı­ğı­na­raq yat­dı­ğı çar­daq­da gö­rür: "...O yu­xu­sun­da gör­dü ki, hə­yət­lə­rin­də şam ağa­cın­dan dü­zəl­dil­miş nər­di­va­nı sə­ma­ya söy­kə­yə­rək göy üzün­də­ki ən par­laq ul­duz­la­rı də­rib nə­nə­si­nin tik­di­yi gül­lü tor­ba­ya yı­ğır... Nər­di­van­la en­mək is­tər­kən özü ilə yer ara­sın­da­kı mə­sa­fə bir­dən-bi­rə uc­suz-bu­caq­sız də­ni­zə dö­nür­dü... Su­yun üzü ilə kəndlə­ri­nə doğ­ru dü­mağ işıq­lı yol uza­nır­dı... Yol gö­zəl­li­yin­dən bərq vu­rub ya­nır­dı. Su­yun üzə­rin­də izah olun­ma­yan bu gö­zəl­lik onu va­leh et­miş­di... Ona elə gə­lir­di ki, bu yol heç za­man bit­mə­yə­cək..."

Və nə­ha­yət, öm­rü­nün qü­rub ça­ğın­da ağır xəs­tə ya­tan Hə­sən bəy o yu­xu­nu son də­fə gö­rür: "...Hə­sən bəy hə­min ge­cə sə­hə­rə qə­dər ye­nə inil­də­di. Qə­ri­bə­dir, gün­düz çox çə­tin­lik­lə və an­laq­sız da­nı­şan Hə­sən bəy yu­xu­da çox ay­dın nitqlə hey de­yir­di: "Hə­ni­fə, bax o işı­ğa, o mə­nim çı­ra­ğım­dır, ge­di­rəm evi­mi­zə gə­ti­rəm", - söy­lə­yir­di. İl­lər­lə onun­la ya­şa­yan və çə­tin mə­qam­lar­da onu mü­şa­yi­ət edən yu­xu­nu ye­nə gö­rür­dü. Ye­nə o, it­miş yo­lu­nun baş­lan­ğı­cı­nı ta­pa bil­mir­di. Qar­şı­sın­da­kı tez-tez ay­rı­lan yol­la­rın rən­gi də də­yiş­miş­di elə bil... Ye­nə uzaq­dan su­yun üs­tü ilə uza­nan yol, kö­zə­rən şam, bərq vu­ran ul­duz­lar, yol gös­tə­rən çı­raq­lar, su­yun üs­tün­də­ki ağ bu­lud­la­rın için­dən göy­lə­rə uza­nan mey­və ağac­la­rı kü­lə­yin gü­cü ilə yır­ğa­la­nır­dı..."

Mü­tə­ma­di tək­rar­la­nan yu­xu mo­ti­vi­ni ki­ta­bın ye­ku­nun­da rəm­zi ola­raq çox də­rin və tə­sir­li mə­na­lan­dı­ran mü­əl­lif ya­zır ki, Ba­kı­da gö­rün­mə­miş bir iz­di­ham­la son mən­zi­lə yo­la sa­lı­nan Hə­sən bə­yin cə­na­zə­si­ni də, öm­rü bo­yu öz qəl­bin­də ağır­lı­ğı­nı da­şı­dı­ğı, dər­di­ni çək­di­yi in­san se­li­ni də san­ki bir işıq, nur to­pa­sı mü­şa­yi­ət edir­di və in­san­lar baş­la­rı üzə­rin­də­ki o işıq to­pa­sı­na hey­ran-hey­ran ba­xır­dı­lar. Bu - Hə­sən bə­yin mü­qəd­dəs ru­hu idi: "işıq şək­lin­də, nu­ra çev­ri­lə­rək" mi­nil­lik­lə­rə doğ­ru irə­li­lə­yir­di. Qə­ri­bə idi ki, da­hi in­sa­nın ru­hun­dan sa­çan o par­laq işıq iz­di­ha­mın son mən­zi­lə doğ­ru apar­dı­ğı cis­min­dən xey­li qa­baq­da ge­dir­di. Mü­əl­lif haq­lı­dır: üzə­ri­nə Tan­rı tə­rə­fin­dən qo­yul­muş mil­li ma­a­rif­çi­lik mis­si­ya­sı­nı tam tə­mən­na­sız ola­raq əzmlə, ba­ca­rıq­la, is­rar­la və yo­rul­ma­dan ye­ri­nə ye­ti­rən H.B.Zər­da­bi­nin ru­hu əbə­di ola­raq xal­qın ba­şı üzə­rin­də işıq sa­ça­caq­dı. Bu par­laq işı­ğın son mən­zi­li yox­dur, tü­kən­mə­yən, bit­mə­yən işıq­lı yol heç vaxt so­na çat­ma­ya­caq­dı. Elm, təh­sil, ma­a­rif, mə­də­niy­yət işı­ğı­na doğ­ru apa­ran yol­da, bü­tün da­hi­lər ki­mi, Hə­sən  bə­yin də ru­hu da­im uğ­run­da fə­da ol­du­ğu xal­qı, mil­lə­ti mü­şa­yi­ət edə­cək­di...

Bö­yük səbr və sə­li­qə ilə ya­zıl­mış ki­ta­bı oxu­duq­ca Hə­sən bəy Zər­da­bi­nin tə­mən­na­sız mil­lət sev­gi­si, xal­qa bağ­lı­lı­ğı hey­rət do­ğur­du­ğu ki­mi, mü­əl­li­fin özü­nün də və­tən­pər­vər­li­yi xoş tə­əs­sü­rat ya­ra­dır. Bəl­kə də kim­sə və­tən­pər­vər ol­ma­ğı zi­ya­lı bor­cu sa­yar. An­caq sirr de­yil ki, "xəl­qi" gö­rün­mək və "xal­qın se­vim­li sə­nət­ka­rı" ad­lan­maq na­mi­nə "və­tən­pər­vər­lik­dən" bo­ğaz­dan yu­xa­rı da­nı­şan­lar da az de­yil. Ya­zı­çı-pub­li­sist So­na Və­li­ye­va isə bu möv­zu­da heç bir iba­rə­li söz, pa­fos­lu cüm­lə iş­lət­mir. Onun mü­la­hi­zə­lə­rin­dən, ha­di­sə­lə­rə mü­na­si­bə­tin­dən, mü­əl­lif möv­qe­yin­dən Və­tə­ni ne­cə də­rin mə­həb­bət­lə sev­di­yi, Azər­bay­can xal­qı­na, türk mil­lə­ti­nə sə­mi­mi duy­ğu­lar­la bağ­lı ol­du­ğu se­zi­lir.

Özü­nü bü­tün­lük­lə xal­qın in­ki­şa­fı­na həsr edə­rək, "Əgər bir ki­şi el­mi, ədə­bi, tər­bi­yə ilə mə­də­niy­yə­ti bir tə­rə­fə qo­yub pul qa­zan­ma­ğı on­dan yax­şı tu­tur­sa, ol ki­şi­də mil­lət­pər­vər­lik olur­mu?!" - de­yən Hə­sən bə­yin xalq yo­lun­da nə qə­dər əziy­yət­lər çək­di­yi, nə qə­dər məh­ru­miy­yət­lər gör­dü­yü, həm ya­ra­dı­cı zi­ya­lı ki­mi, həm də gör­kəm­li ic­ti­mai-si­ya­si xa­dim ki­mi nə qə­dər əzmlə ça­lış­dı­ğı ro­man­da can­lı bo­ya­lar­la təs­vi­ri­ni ta­pır. Be­lə epi­zod­lar­dan bi­rin­də Ba­kı­ya qo­naq gəl­miş Mak­sim Qor­ki ilə Fyo­dor Şal­ya­pi­ni neft mə­dən­lə­ri­nə sə­fər­də mü­şa­yi­ət edən Hə­sən bəy fəh­lə­lə­rin dö­zül­məz şə­ra­i­ti­ni gö­rüb xə­ca­lət çə­kir və nef­tin he­sa­bı­na var-döv­lət qa­za­nan mil­yon­çu­la­rı nə­zər­də tu­ta­raq ürə­yin­də: "Ay na­mərdlər, ka­zi­no­lar­da hər gün so­vur­du­ğu­nuz mil­yon­la­rın heç ol­ma­sa min­də bi­ri­ni sərf edə­rək bu bəd­bəxtlə­rə in­san ki­mi ba­şı­nı qo­yub yat­ma­ğa bir yer dü­zəltmək ol­maz­dı­mı?!" - dü­şü­nür.

Əsər H.B.Zər­da­bi­ni bi­zə ye­ni­dən ta­nı­dır, o bö­yük zi­ya­lı­nın in­di­yə qə­dər təs­vir edi­lən­dən və tə­səv­vür edil­di­yin­dən da­ha yük­sək də­yə­rə la­yiq şəx­siy­yət ol­du­ğu­na inan­dı­rır. Bu yer­də əsər­dən çı­xan bir mü­hüm nə­ti­cə­ni də qeyd edək. Sirr de­yil ki, XIX-XX əsrlə­rin qo­vu­şa­ğın­da Azər­bay­ca­nın və ümu­mən türk dün­ya­sı­nın mil­li-mə­nə­vi dir­çə­li­şin­də, ic­ti­mai-si­ya­si oya­nı­şın­da və mə­də­ni tə­rəq­qi­sin­də elə şəxslər, elə ha­di­sə­lər var ki, biz in­di­yə qə­dər on­la­rın ilk ol­du­ğu­nu bi­lir­dik. An­caq ta­ri­xi sə­nəd­lər əsa­sın­da ya­zı­lan "İşı­ğa ge­dən yol" ki­ta­bı­nı oxu­duq­ca gö­rü­rük ki, hə­min "ilk"lə­rin ək­sə­riy­yə­ti Hə­sən bəy Zər­da­bi­nin adı ilə bağ­lı olub. O "ilk"lə­rin ri­şə­si Hə­sən bə­yin ide­al­la­rın­dan və ide­ya­la­rın­dan qi­da alıb. Çox zi­ya­lı­ya ilk yol gös­tə­rən, töv­si­yə ve­rən, sti­mul ya­ra­dan baş­lan­ğıc o olub. Mil­li in­ti­bah ko­ri­fey­lə­ri Nə­cəf bəy Və­zi­rov, Əs­gər ağa Go­ra­ni, Əli­mər­dan bəy Top­çu­ba­şov, xü­su­sən türk dün­ya­sı­nın ta­nın­mış zi­ya­lı­sı İs­ma­yıl bəy Qas­pı­ra­lı və b. ki­mi də­yər­li in­san­lar məhz da­hi­lər da­hi­si Hə­sən bəy Zər­da­bi­dən dərs alıb­lar, onun fə­a­liy­yə­tin­dən ör­nək gö­tü­rüb­lər, onun nü­mu­nə­si və mə­sə­lə­hət­lə­ri ilə "işıq gə­lən" səm­tə üz tu­tub­lar. O cüm­lə­dən, "mil­lət ata­sı" ki­mi ta­nı­nan məş­hur mil­yon­çu Ha­cı Zey­na­lab­din Ta­ğı­yev də Hə­sən bə­yin müd­rik məs­lə­hət­lə­ri­nə mö­tə­bər ya­na­şıb, bir çox   xey­riy­yə­çi­lik­lə bağ­lı tək­lif­lə­ri­nə dəs­tək ve­rib...

Tə­bii, bu hal­la­rın heç bi­ri o bö­yük in­san­la­rın fə­a­liy­yə­ti­nin əhə­miy­yə­ti­ni azaltmır. An­caq de­yi­lən­lər ha­mı­sı Hə­sən bə­yə möh­tə­şəm abi­də ucaltmış mü­əl­li­fin təq­di­rə­la­yiq zəh­mə­ti­nin yük­sək qiy­mə­ti­dir. Axı za­ma­nın­da bir çox ilklə­rə im­za at­mış Hə­sən bəy Zər­da­bi­nin haq­qı­nın ta­nın­ma­sı da Haqq işi­dir! Əl­bət­tə, xal­qı­mız, döv­lə­ti­miz, bü­tün di­gər gör­kəm­li fi­kir adam­la­rı ki­mi, H.B.Zər­da­bi­nin də qə­dir-qiy­mə­ti­ni la­yi­qin­cə uca tu­tur, o se­vi­lir və hər za­man anı­lır. Haq­qın­da təd­qi­qat əsər­lə­ri, ki­tab­lar, mə­qa­lə­lər ya­zı­lır. Vax­ti­lə bu bö­yük in­san haq­qın­da "Mə­də­niy­yət to­xu­mu sə­pən "Əkin­çi"" mə­qa­lə­si­ni ya­zan­da mən də onun qə­zet ya­ra­dı­cı­lı­ğı­na ət­raf­lı nə­zər sal­mış­dım. An­caq "İşı­ğa ge­dən yol" ki­ta­bın­da H.B.Zər­da­bi­nin hər­tə­rəf­li is­te­da­da ma­lik ol­du­ğu gös­tə­ri­lir və mü­tə­fək­ki­rin in­di­ki şöh­rət kür­sü­sün­dən qat-qat uca­lar­da, heç çə­kin­mə­dən de­yək - mü­qəd­dəs­lik zir­və­sin­də da­yan­dı­ğı sü­but edi­lir. Be­şik­dən son mən­zi­lə­dək Hə­sən bə­yin bü­tün hə­ya­tı­nı və ya­ra­dı­cı­lı­ğı­nı qə­lə­mə alan mü­əl­li­fin təf­si­rin­də sü­but olu­nur ki, mil­li oya­nış ta­ri­xi­mi­zin be­şi­yi ba­şın­da da­ya­nan na­dir si­ma­lar­dan bi­ri də məhz Zər­dab­lı bəy oğ­lu bəy olub­dur!

Bu gün Hə­sən bə­yi biz­dən yü­zil­lər ayı­rır və o döv­rün ha­di­sə­lə­ri haq­qın­da ümu­mi mə­lu­mat­lar qal­sa da, apar­dı­ğı söh­bət­lə­rin təf­si­la­tı ar­xiv­də yox­dur. Odur ki, əsər­də qəh­rə­ma­nın di­lin­dən ve­ri­lən ək­sər mətnlər, ya­zı­lan di­a­loq­lar həm də (və bəl­kə də da­ha çox) mü­əl­lif tə­xəy­yü­lü­nün məh­su­lu­dur. Ya­ra­dı­cı­lıq pro­se­sin­də re­al faktla­ra əsas­la­nan be­lə tə­xəy­yül iz­har­la­rı məq­bul sa­yı­lır. Hə­sən bə­yin sev­gi olay­la­rın­dan tut­muş xey­riy­yə cə­miy­yə­ti ya­rat­maq, mək­təb aç­maq, te­atr ta­ma­şa­sı ha­zır­la­maq, qə­zet çı­xartmaq və s. fə­a­liy­yət­lə­ri za­ma­nı apar­dı­ğı bü­tün da­nı­şıq­lar, mü­ba­hi­sə­lər, dü­şün­cə­lər... tə­xəy­yül məh­su­lu ol­sa da, is­te­dad­la ya­zıl­dı­ğı üçün re­al və inan­dı­rı­cı gö­rü­nür.

Mil­lə­ti xu­ra­fat və ge­ri­lik gir­da­bın­da puç ol­maq­dan xi­las edə­rək onu elm, sa­vad, bi­lik, mə­də­niy­yət işı­ğı­na doğ­ru apar­maq üçün öm­rü­nü şam ki­mi əri­dib qa­ran­lıq yo­lun işı­ğı­nı ar­tı­ran bö­yük Hə­sən bəy Zər­da­bi, san­ki təd­qi­qat­çı­nın bu­gün­kü zəh­mə­ti­ni gö­rə­rək ürək yan­ğı­sı ilə de­yir­di: "Gə­lə­cək­də bi­zim tə­rəq­qi et­mək ta­ri­xi­ni ya­zan in­di­ki zə­ma­nə­yə ba­xan­da mə­ət­təl qa­la­caq­dır ki, nə yaz­sın. Hə­qi­qət, bi­zim əs­bab­lar nə­ki yüz, bəl­kə min il bun­dan əq­dəm olan­dan tə­rəq­qi et­mə­yib..."

An­caq Hə­sən bə­yin ar­zu­la­dı­ğı o gə­lə­cək gün­lə­rin bi­rin­də So­na xa­nım Və­li­ye­va "tə­rəq­qi et­mək ta­ri­xi­miz" haq­qın­da san­bal­lı bir əsər yaz­dı. Yaz­dı ki, ata-ba­ba mül­kün­də qay­ğı­sız ya­şa­maq, şad-xür­rəm ömür sür­mək im­ka­nı ol­du­ğu hal­da, özü­nü mil­lət­çi­lik bə­la­sı­nın qoy­nu­na atıb na­dan təh­qir­lə­ri, ca­hil hə­qa­rət­lə­ri ilə üz­lə­şən, həcv, lağ, hər­zə­vü-həd­yan eşi­dən bu bəy oğ­lu bəy yal­nız xal­qın gə­lə­cə­yi na­mi­nə hər məh­ru­miy­yət­lə­rə döz­dü və əzmlə yo­lu­nu da­vam et­dir­di... Yaz­dı ki, bü­tün da­hi­lər ki­mi, Hə­sən bə­yə də get­di­yi işıq­lı yo­lu Tan­rı gös­tər­miş­di... Bü­tün se­çil­miş­lər ki­mi, Hə­sən bəy də baş­qa cür ya­şa­ya bil­məz­di, bu yol onun alın ya­zı­sı, ta­le yo­lu idi, ya­şa­ma­ğı­nın, hə­ya­tı­nın mə­na­sı idi... Yaz­dı ki, 53 ya­şı­na ça­tan­da Hə­sən bəy ona gö­rə yor­ğun-ar­ğın, 70 yaş­lı ahıl bir ada­mı xa­tır­la­dır­dı ki, haqq və əda­lət uğ­run­da, mil­li in­ki­şaf na­mi­nə apar­dı­ğı mü­ba­ri­zə­nin ağır­lı­ğı onun fi­zi­ki gü­cün­dən qat-qat çox idi: "Çək­di­yi dərdlə için­də­ki qey­rət bir­lə­şə­rək üzü­nə vaxtsız qı­rış­lar sal­mış­dı..."

Bir söz­lə, qə­dim və zən­gin mə­də­niy­yə­tə ma­lik Azər­bay­can yur­du­nun ye­tir­di­yi da­hi şəx­siy­yət­lər­dən bi­ri olan H.B.Zər­da­bi­nin bü­tün mə­na­lı öm­rü tam təf­si­la­tı ilə iri həcmli "İşı­ğa ge­dən yol" ki­ta­bın­da əbə­di­ləş­di­ri­lib; o, xalq yo­lun­da han­sı əzab­la­rı ya­şa­yıb, kim­lər­lə mü­ba­ri­zə apa­rıb, kim­lə­rə dost de­yib, kim­lə­ri düş­mən sa­yıb, han­sı   zər­bə­lə­ri alıb, han­sı uğur­la­rı qa­za­nıb... Əsə­rin di­li­nin zən­gin­li­yi, mətnlər­də­ki ko­lo­rit, ma­raq­lı kol­li­zi­ya­lar ət­ra­fın­da cə­rə­yan edən hə­zin, li­rik-psi­xo­lo­ji epi­zod­lar, zə­rif sev­gi səh­nə­lə­ri, ha­di­sə­lə­rə fəl­sə­fi mü­na­si­bət, afo­rizm üs­lub­lu de­yim­lər ta­ri­xi faktlar­la zən­gin  ki­ta­bın oxu­nu­şu­nu asan­laş­dı­rır.

XIX əsrlə mü­qa­yi­sə­də bu gün həm də Hə­sən bəy Zər­da­bi­nin səp­di­yi elm, təh­sil, ma­a­rif to­xum­la­rı sa­yə­sin­də xey­li in­ki­şaf et­miş müs­tə­qil Azər­bay­can­da və­tə­ni­ni, xal­qı­nı ürək­dən se­vən, onun in­ki­şa­fı­nı sə­mi­mi qəlbdən ar­zu edən hər bir qə­dir­bi­lən oxu­cu So­na Və­li­ye­va­nın çox bö­yük zəh­mət­lər he­sa­bı­naa ər­sə­yə gə­tir­di­yi bu də­yər­li ki­ta­bı oxu­yub ba­şa vur­duq­dan son­ra, əmi­nəm ki, da­xi­lin­dən müt­ləq bir al­qış sə­da­sı qo­pa­caq­dır:

"Afə­rin, So­na xa­nım! Əl­lə­ri­ni­zə sağ­lıq!"

Akif ƏLİ, fəl­sə­fə dok­to­ru, ya­zı­çı-pub­li­sist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ