Bazar günü günü, 08 noyabr 2026
     

"Xəzər aylənd"in dünya miqyasında bir aylıq akkordları...

Image


Azərbaycanın tanınmış şirkətlərindən olan "Avesta" özünün "Xəzər aylənd" layihəsi çərçivəsində həyata keçirdiyi böyük işlərlə gündəmdədir. "Avesta"nın sözügedən layihəsi bir sıra uğurlu işlərə imza atmaqla xarici şirkətlərin diqqətini cəlb edib. "Xəzər aylənd"in son bir ayda dünya çapında qazandığı uğurlar diqqətimizi cəlb etməyə bilmir.
Maraqlı cəhət ondan ibarətdir ki, dünyanın tanınmış şirkətləri, hətta Azərbaycandakı xarici diplomatik korpusların rəhbərləri də "Xəzər aylənd"lə, bu layihə çərçivəsində aparılan işlərlə ciddi maraqlanır. Bəllidir ki, indiyə qədər "Xəzər aylənd" layihəsi haqda ancaq müsbət istiqamətdə fikirlər mövcuddur.
Son bir ay ərzində "Xəzər aylənd"in gördüyü işlər dünya miqyasında özünə yer tutub. Biz də bu bir ay ərzində görülən işlərin icmalını təqdim edirik...

"Avesta"nın Küveytlə əlaqələri...

Avesta Konserninin mətbuat xidmətindən aldığımız məlumata görə, "Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin rəhbərliyi ilə konsernin idarə heyəti 5-8 sentyabr tarixlərində Küveytdə işgüzar səfərdə olub. Səfərin məqsədi küveytli iş adamları ilə bir sıra səmərəli görüşlər keçirmək, "Avesta" Konserni və bu ölkənin iş adamları arasında əməkdaşlığa dair razılaşmalar əldə etmək idi.
İlk öncə "Hassan Abul Holding" şirkəti ilə keyfiyyətli tikinti materiallarının daşınmasını müzakirə edən həyət daha sonra "Küveyt-Azəri" birgə müəssisəsi ilə qeyd olunan şirkət arasında memorandumun imzalanması mərasimində iştirak edib.
Bir gün sonra Küveytin tanınmış "Abyat" şirkəti ilə görüş baş tutub. Şirkət rəhbərliyi öz fəaliyyət sferalarını ətraflı şəkildə Hacı İbrahim Nehrəmliyə nümayiş etdirib və gələcək əməkdaşlığa dair təkliflər hazırlayıb. Həmin gün "HZ+P" şirkətinin mühəndisləri ilə tikinti texnologiyalarının daha da təkmilləşdirilməsi yönündə bir sıra müzakirələr də aparılıb.
Həmçinin, "Avesta" Konserninin meqa layihəsi "Khazar İslands"lə bağlı Küveytdə mətbuat konfransı da keçirilib.

"Xəzər aylənd"də iştirak edən Türkiyə biznes holdinqlərindən böyük jest...

Tanınmış türkiyəli iş adamlarının dəvətilə "Avesta" Konserninin prezidenti, "Khazar İslands" layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmlinin başçılıq etdiyi nümayəndə heyəti 28 sentyabr - 1 oktyabr tarixlərində Türkiyədə işgüzar səfərdə olub. Səfər zamanı azərbaycanlı iş adamı Türkiyənin aparıcı holdinq rəhbərləri ilə görüşüb, bir sıra müzakirələr aparıb.
"Cəvahir Holding", "Nurol Holding", "Taş Yapı", "Aygun Aluminium", "İnfoGroup", "Urtim" kimi iri şirkətlərin rəhbərləri ilə görüşən nümayəndə heyəti əməkdaşlığa dair razılıqlar əldə edib. 3 günlük səfər zamanı qeyd olunan şirkətlərin rəhbərləri "Khazar İslands" kimi layihədə
iştiraklarından məmnunluğunu bildirib. Görüşlər türk mediasının da diqqətindən yayınmayıb. Belə ki, səfər zamanı bir sıra türk mətbuat nümayəndələri Hacı İbrahim Nehrəmlini müşayiət edib.

"Xəzər aylənd" layihəsi "TAŞYAPI Group"u da cəlb edib...

"Avesta" şirkəti rəhbərliyinin daha bir biznes uğuru qardaş Türkiyə Cumhuriyyətinin şirkətlərindən biri ilə olub. Belə ki, oktyabr ayının ortasında "Avesta Konsern"in həyata keçirdiyi, dünyanın ən böyük tikinti layihələrindən biri olan "Khazar Islands" layihəsinə Türkiyənin daha bir tikinti nəhəngi - "TAŞYAPI Group" da qoşulub.
Türkiyə başda olmaqla, Qazaxıstan, Türkmənistan, İraq, Liviya və Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyi nəhəng layihələri ilə dünyanın öndə gedən tikinti şirkətlərinin sırasına daxil olan "TAŞYAPI Groun"un "Khazar Islands" layihəsinə qoşulması "Avesta" Konserninin bu layihəsinin dünyanın ən böyük şirkətlərinin diqqətini cəlb etməsi ilə yanaşı, böyük şirkətlər üçün də prestij məsələsinə çevrildiyini bir daha təsdiqləyir. "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli ilə "TAŞYAPI Group"un İdarə Heyətinin başqanı Emrullah Turanlının başçılıq etdiyi nümayəndə heyətinin görüşündə birgə əməkdaşlıq müzakirə edilib və müvafiq razılıq əldə olunub. Razılığa əsasən, "TAŞYAPI Group" "Khazar Islands"də öz maliyyəsi ilə 12 binanın tikintisini həyata keçirəcək.
"Avesta Konsern"in yeni tərəfdaşı "TAŞYAPI Group"un həyata keçirdiyi layihələr üstün keyfiyyəti ilə yanaşı, həm də gözəl memarlıq üslübu ilə seçilir.

Səudiyyə Ərəbistanının səfiri "Xəzər aylənd"lə əməkdaşlıq etmək istədiklərini deyib...

Bildiyimiz kimi, son bir ayda bir neçə xarici ölkə səfiri "Xəzər aylənd"də görülən işlərlə tanış olmaq üçün adaya gedib. Onlardan biri də Səudiyyə Ərəbistanının səfiridir. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müsaid bin İbrahim əs-Süleymd oktyabrın 14-də "Avesta Konsern"in həyata keçirdiyi "Khazar İslands" layihəsi çərçivəsində görülən işlərlə yerində tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə gedib.
"Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən səfir Müsaid bin İbrahim əs-Süleymdə "Khazar İslands" layihəsi ilə bağlı geniş məlumat verilib. "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və bunun iki ölkənin biznes dairələri üçün geniş imkanlar yaratdığını səfirin diqqətinə çatdırıb. Səfir Müsaid bin İbrahim əs-Süleymd iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnun olduğunu, bu münasibətlərin iş adamları arasında əlaqələrə öz töhfəsini verəcəyinə ümidini ifadə edib. Danışıqlar zamanı hörmətli qonağa "Khazar İslands" layihəsi ilə bağlı ətraflı məlumat verən "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli başçılıq etdiyi şirkətin həyata keçirdiyi layihələrdə Səudiyyə Ərəbistanından olan iş adamları ilə ortaq əməkdaşlığa hazır olduğunu bildirib. Səfir Müsaid bin İbrahim əs-Süleymd də "Khazar İslands" layihəsinin çox cəlbedici olduğunu, ölkəsinin iş adamlarının bu layihədə yer ala biləcəyini qeyd edərək, belə böyük layihəni həyata keçirdiyinə görə "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmlini təbrik edib. Hacı İbrahim Nehrəmli isə belə böyük layihələrin həyata keçirilməsini Azərbaycanın regionun lider dövlət olmasının məntiqi nəticəsi olduğunu qeyd edib. Səfir Müsaid bin İbrahim əs-Süleymd həm layihə, həm də görülən işlərlə ətraflı tanış olub, "Khazar İslands"dan xoş təəssüratla ayrılıb.

"Khazar İslands"i gəzən Yaponiya səfiri Hacı İbrahimə gurultulu bir müjdə verdi

"Avesta Konsern"in həyata keçirdiyi və dünyanın ən böyük tikinti layihələrindən biri kimi dəyərləndirilən "Khazar İslands" layihəsi Yaponiyada da böyük marağa səbəb olub. Gündoğar ölkənin iki yüzdən artıq şirkəti "Khazar İslands" layihəsinə maraq göstərir.
Bu məlumat Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin "Avesta Concern"in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə səslənib. Oktyabrın 14-də "Khazar İslands" layihəsi ilə yerində tanış olmaq üçün səfir Tsuquo Takaxasi layihənin həyata keçirildiyi ərazidə olub. "Khazar İslands" layihəsi ilə bağlı səfirə ətraflı məlumat verən "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli layihənin həyata keçirilməsində Yaponiyanın dünya miqyaslı şirkətlərinin məhsullarından, xüsusilə də ən yeni texnologiyasından istifadə etmək niyyətində olduqlarını bildirib. Səfir Tsuquo Takaxasi isə ölkəsinin iki yüzdən artıq şirkətinin "Khazar İslands" layihəsinə maraq göstərdiyini vurğulayıb. "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına uyğun ola biləcəyini qeyd edib. Əməkdaşlığın təfərrüatları isə şirkətlərin nümayəndələri ilə görüşdə müzakirə olunacaq. Yaponiya şirkətlərinin "Khazar İslands" layihəsi ilə tanış olmaq və əməkdaşlığın prinsiplərini müzakirə etmək üçün tezliklə ölkəmizə səfər edəcəkləri istisna edilmir. Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının hər iki ölkədən olan iş adamları arasında əməkdaşlığa böyük prespektivlər açdığı da vurğulanıb. "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətlərinin Azərbaycanda daha çox iş görmək imkanlarına malik olduqlarını, bunun üçün bütün imkanların mövcudluğunu qeyd edib və onların bu addımının hər iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına təkan verə biləcəyini diqqətə çatdırıb. "Khazar İslands" layihəsi çərçivəsində həyata keçirilən işlərlə ətraflı tanış olan Yaponiya səfiri Tsuquo Takaxasi görüşdən xoş təəssüratla ayrılıb.

Britaniya şirkətinin təşkilatçılığı ilə "Khazar İslands"in İstanbulda da uğurlu təqdimatı olub

Böyük Britaniyanın İDE şirkətinin təşkilatçılığı ilə İstanbulda dünyanın 200-dən artıq aparıcı sərmayə, tikinti və istehsalat şirkətinin nümayəndələrinin bir araya gəldiyi Əməkdaşlıq Platformasında "Avesta Konsern"in həyata keçirdiyi "Khazar İslands" layihəsi tədbirin əsas təqdimatı olub. Oktyabrın 23 və 24-də keçirilən tədbirə ABŞ-ın HİRSEN/BEDNER ASSOCİATES, B&B, WILSONART, İtaliyanın ALBED, İsveçin ELUNGBERGS FACTORY, Türkiyənin Marmara, Kale, Özyazıcı kimi böyük şirkətləri ilə yanaşı Amerika, Avropa və Asiyadan olan dünyanın ən böyük və qabaqcıl şirkətlərinin təmsilçiləri qatılıb. "Avesta" şirkətindən aldığımız məlumata görə, dünyanın dörd bir yanından olan 200-dən artıq böyük şirkətin qatıldığı Əməkdaşlıq Platforması tədbirinin iştirakçılarının diqqətinə "Khazar İslands" layihəsini "Avesta Konsern"in vitse-prezidenti Taleh Quliyev, Marketinq və Satış Departamentinin rəhbəri Abdulridha Hasan Salman təqdim edib. Tədbir iştirakçılarının "Khazar İslands" layihəsinə marağı gözlənildiyindən artıq olub. Buna görə də "Khazar İslands" layihəsinin təqdimetmə prosesinə nəzərdə tutulandan daha artıq vaxt ayrılıb. Tədbir iştirakçıları layihə ilə bağlı təqdimatçılara çoxsaylı suallar ünvanlayıb. Tədbir zamanı daha bir neçə layihənin təqdimatı keçirilsə də, əsas diqqət "Khazar İslands" layihəsinə yönəlib. Bu hal istər təqdimat mərasimində, istərsə də ikitərəfli görüşlərdə aşkar hiss olunub. Dünyanın 200-dən artıq böyük şirkətini təmsil edən iş adamlarının "Khazar İslands" layihəsinə göstərdiyi maraq məlumat almaqla bitməyib. "Avesta Konsern"in nümayəndələri ilə ikitərəfli danışıqlar aparan bir neçə şirkət layihəyə qoşulmaq niyyətində olduqlarını bildirib. Bəzi şirkətlərlə gələcək əməkdaşlıqla bağlı ilkin razılıq da əldə olunub. "Avesta Concern"in həyata keçirdiyi "Khazar İslands" layihəsinə qoşulmaq istəyən şirkətlər arasında isə dünyanın böyük sərmayə şirkətlərinin yer alması, tikinti şirkətlərinin əməkdaşlığa can atması "Khazar İslands" layihəsinin dünyanın işgüzar dairlərinin diqqət mərkəzinə gəldiyini göstərir.

Bakıdakı daha bir diplomatik korpus rəhbəri "Khazar İslands"i ziyarət edib...

Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun "Avesta Konsern"in həyata keçirdiyi "Khazar İslands" layihəsinə marağı və diqqəti artmaqda davam edir. "Avesta Konsern"in mətbuat xidmətindən "Bakı-Xəbər"ə verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleymd və Yaponiyanın səfiri Tsuquo Takaxasidən sonra İsrailin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da "Avesta Konsern"in həyata keçirdiyi "Khazar İslands" layihəsi ilə yerində tanış olmaq üçün əraziyə səfər edib. Ailəsi ilə bərabər "Khazar İslands"ə gedən səfir Rafael Harpazı "Avesta Concern"in prezidenti Hacı İbrahim Nehrəmli xanımı ilə bərabər qarşılayıb. Səfir Rafael Harpaza layihə haqqında geniş məlumat verən "Avesta Konsern"nin prezidenti hörmətli qonağı görülən işlərlə də tanış edib. Səfir Rafael Harpaz "Avesta Concern"in həyata keçirdiyi "Khazar İslands" layihəsinin sədasının Azərbaycanın sərhədlərini aşaraq bütün dünyada səs saldığını qeyd edib. Gənc bir respublikada belə böyük layihənin həyata keçirilməsinin Azərbaycan dövlətinin sürətli inkişaf yolunda olmasının sübutu olduğunu qeyd edən səfir ölkəsinin iş adamlarının Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduğunu vurğulayıb. "Hacı İbrahim Nehrəmli israilli iş adamları ilə əməkdaşlığa hazır olduqlarını, bu əməkdaşlığın dövlətlərarası münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Öz növbəsində, cəfir İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafı, iş adamları arasında əməkdaşlığın dərinləşməsi üçün əlindən gələni edəcəyini bildirib.
"Khazar İslands" layihəsi ilə bağlı səfir Rafael Harpezə geniş məlumat verildikdən və görülən işlərlə tanış edildikdən sonra "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmli və xanımı hörmətli qonaqların şərəfinə nahar verib.
Müasir dünyanın siyasi və iqtisadi proseslərinə istiqamət verən sənayecə inkişaf etmiş 20 böyük dövlətin sırasına daxil olan 3 ölkənin - Yaponiya, Səudiyyə Ərəbistanı və İsrailin Azərbaycan Respublikasındakı səfirlərinin "Avesta Konsern"in həyata keçirdiyi "Khazar İslands" layihəsi ilə yerində tanış olmaları bu layihənin artıq dünyanın siyasi və biznes dairlərinin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Yaponiya, Səudiyyə Ərəbistanı və İsrailin aparıcı şirkətlərinin "Khazar İslands"layihəsinə qoşulması istiqamətində ilk addımlar atılıb və tezliklə bu ölkələrin dünyaca məşhur şirkətlərini "Xəzər Adaları"nda görə biləcəyik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ