Rusiyanın ən varlı qadınlarından biri Nataliya Fileva Almaniyada təyyarə qəzasında həlak olub.
Rusiyanın hava yolu şirkəti S7-nin ortağı olan Filevanın içində olduğu təyyarə Erzhausen hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində üç nəfər həyatını itirib. 6 nəfərlik, Epic E 100 tipli təyyarə Fransadan qalxıb. Qəzanın səbəb araştırılır.
Ötən il “Forbes” jurnalı Nataliya Filevanın Rusiyada dördüncü ən varlı qadın olduğunu açıqlamışdı. Onun 600 milyon dollar sərvəti olduğu bildirilirdi.