Ukraynada martın 31-də keçirilən prezident seçkilərində seçicilərin 65 faizi iştirak edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, milli exit-pol nəticələri göstərir ki, ən çox səsi komediyaçı Vladimir Zelenski qazanıb, mövcud lider Petro Poroşenko ikinci sırada yer alıb.
Vladimir Zelenski seçicilərin 30.4 faizinin səsini alıb. Hazırkı prezident Petro Poroşenko səslərin 17.8 faizi ilə ikinci, Yuliya Timoşenko isə səslərin 14.2 faizi ilə üçüncü yerdə gəlir.
Hələlik rəsmi rəqəmlər olmasa da, bütün "exit poll"llar seçkilərin ikinci turunun qaçılmaz olduğunu göstərib. Nəticələrə əsasən Vladimir Zelenski, Petro Poroşenko ikinci tura çıxıblar. Digər "exit poll"arın nəticələri də təxminən eyni rəqəmləri göstərir.
Y.Timoşenko sorğunun nəticələrini tanımayaraq, ikinci tura Poroşenkonun deyil. Özünün keçdiyini bəyan edib.
Rəsmi nəticələrə görə, namizədlərdən hər hansı biri 50 faizdən çox səs ala bilməsə, ən çox səs alan iki namizəd 21 apreldə ikinci turda prezidentliyə namizəd olacaq.