Suriyanın İdlib bölgəsindəki yaraqlılar Fransa və Belçika kəşfiyyatının dəstəyi ilə, Suriya ilə Rusiyanı, mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etməklə günahlandırmaq üçün yeni bir təxribat hazırlayır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Rusiyanın Suriyadakı Tərəfləri Razılaşdırıcı Mərkəzi Başçısı general Viktor Kupçişin, İdlibdəki yaraqlıların mülki vətəndaşlara qarşı kimyəvi hücum təxribatı hazırladığını, bunun üçün Fransa və Belçika kəşfiyyatçılarının İdlib gəldiyini söyləyib. Fransa və Belçika kəşfiyyatçılarə “Hayat Tahrir eş-Şam” liderləri və “Ağ dəbilqə”lilərin nümayəndələri ilə görüşüb. Görüş zamanı Rusiya və Suriyanın "kimyəvi silahdan istifadə etdiyini" göstərəcək çəkilişlərin təşkil edilməsi müzakirə edilib. Çəkilişlərlədə yer alacaq şəxslərə isə 100 dollar verilməsi nəzərdə tutulur.
Fransa kəşfiyyatının müşayiətilə martın 23-də İdlibə oksigen və təbii qaz balonları adı altında kimyəvi maddələrin çatdırıldığımı deyən Kupçişin, təxribat təşkilatçılarının bu maddələrlə qaçqınları da hədəf ala biləcəyini söyləyib.