Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdəki gərginliyin artması ilə bağlı yeni bəyanat yayıb.
Baki-xeber.com xəbər verir ki, BMT Baş katibi Antonio Quterres, Fələstin və İsrail arasındakı iki dövlətli həll variantının məcburi olduğunu deyib.
"Suriya probleminə dair hər hansı bir həll variantı ölkənin ərazi bütövlüyünü təminat altına almalıdır" deyən Quterres beynəlxalq qanunlara görə Colan təpələrinin isə Suriya ərazisi olduğunu xatırladıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə Colan təpələrinin İsrail torpağı kimi tanıdığını açıqlamışdı.