ABŞ Venesuelaya gedən rus hərbi mütəxəssislərinə görə, Rusiyaya sanksiya tətbiq edə bilər. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Venesuela ilə bağlı xüsusi nümayəndəsi Elliott Abrams deyib.
Abrams bununla bağlı bir neçə ssenari üzərində işlədiklərini ifadə edib.
ABŞ diplomatı, rus mütəxəssislərin Venesueladakı S-300 havadan müdafiə sistemlərini təmir etmək üçün Karakasa gəldiyini iddia edib. "Bizə görə, rusların orada məşğul olduğu şeylərdən biri də, “blackout” (Venezuellada elektrik kəsilməsi) üzündən zərər görən S-300 sistemini təmir etmək mövzusunda hakimiyyətə kömək etməkdir" - Abrams deyib.
Bununla belə, ABŞ rəsmisi əlavə edib ki, rusiyalı mütəxəssislərin burada tam olaraq hansı işləri gördüklərinə dair məlumatsız olduqlarını deyib.
Abramsın bu sözlərini qiymətləndirən rus ekspertlər isə, S-300-lərin elektrik şəbəkəsinə qoşulmasına ehtiyac olmadığına diqqət çəkirlər.