Rusiyanın beşinci nəsil döyüş təyyarəsi Su-570lərin ixracına lisenziya verilib. Baki-xeber.com xəbər verir ki, bu barədə aviasiya sənayesindəki bir mənbə, “RIA Novosti” agentliyinə deyib.
Hökumət təyyarənin adının T-50-dən Su-57-yə dəyişdirilməsinə görə lazımi sənədləri nəzərdən keçirir.
Rusiyanın istehsal etdiyi Su-57 döyüş təyyarələri bir nəfərlik, iki motorlu və "görünməz" özəlliyə sahibdir. İlk uçuşunu 2010-cu ildə gerçəkləşdirən Su-57 hələ də rus ordusu tərəfindən sınaqdan keçirilir. Su-57 təyyarələrinin ixracatı üçün tələb olunan lisenziyanın yaxın həftələrdə prezident Vladimir Putin tərəfindən təsdiq ediləcəyi gözlənilir.
Məsələ Türkiyəni də maraqlandırır. Artıq uzun müddətdir ABŞ Türkiyəni S-400 sistemləri aldığına görə F-35 qırıcıları üzərindən təhdid edir. ABŞ Türkiyənin qarşısında belə bir şərt qoyur - F-35 qırıcılarına sahib olmaq üçün rus S-400 sistemlərindən imtina edib, ABŞ “Patriot” raket sistemləri almalısan.
Bəzi hərbi ekspertlər, F-35-lər Türkiyəyə verilməyəcəyi halda ilk alternativ kimi Su-57-ləri göstərirlər.
Rusiyanın Su-57 üçün ixracat lisenziyası verməsilə Türkiyənin F-35 əvəzinə Su-57 almasının qarşısında maneə qalmadığını göstərir. Ekspertlərin fikrincə, Ankaranın, ABŞ-ın Türkiyənin Rusiyadan alacağı S-400 raketlərinə qarşı verməkdən imtina etdiyi F-35 döyüş təyyarələri əvəzinə Rusiyadan Su-57 alma ehtimalı çox yüksəkdir.