Fransada, Nice prokuroru Jean-Mişel Pretre, keçən həftə şəhərdəki Sarı jiletlilər tərəfindən təşkil edilən aksiyada polisin bir nümayişçini ağır yaraladığını bildirib.
Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, bundan əvvə prezident Emmanuel Makron polisin nümayişçi ilə fiziki təmasda olmadığını demişdi.
Ancaq prokuror Pretre, ötən həftə polisin 73 yaşlı bir nümayişçini itələyib yerə yıxması nəticəsində onun başından ağır yaralandığını etiraf edib.
Şahidlər, polisin olay yerindəki tibb işçilərinin yaralanan nümayişçiyə müdaxiləsinə maneə törətdiyini bildirmişdi.
Pretre ozü də, bir neççə gün əvvəl polisi müdafiə edərək, onların sözügedən nümayişçi ilə heç bir fiziki təmasda olmadığını söyləmişdi.