ABŞ senatorları yeni nəsil döyüş təyyarəsi F-35-lərin Türkiyəyə satışının qadağan edilməsi barədə qanun layihəsi hazırlayıb.
Baki-xeber.com xəbər verir ki, qanun layihəsi Respublikaçılar və Demokratlar partiyalarından olan 4 senator tərəfindən hazırlanıb.
Layihədə, S-400 zenit-raket komplekslərini almayacağını ABŞ hökuməti təsdiq etməyənə qədər Türkiyəyə F-35 qırıcılarının verilməməsi nəzərdə tutur.
Qanun layihəsinin müəlliflərində biri Cin Şahin (Nyu-Hempşir ştatından demokrat) bildirib: "Rusiyanın bir NATO ölkəsi olan Türkiyənin Amerika istehsallı təyyarələrinə və texnologiya sistemlərinə sızmaq ehtimalı çox ciddi bir milli və qlobal təhlükəsizlik məsələsidir".
Bu arada, ABŞ-dan olan mənbənin məlumatına görə, Ankaranın gizli təyyarə istehsal prosesində Türkiyənin ayrılmaz roluna görə, Türkiyənin NATO-nun trilyon dollar dəyərində olan F-35 döyüş təyyarəsi proqramında çıxarılması problemli olacaq, amma mümkünsüz olmayacaq.
Bundan əvvəl isə “Reuters”, ABŞ-ın tezliklə Türkiyəyə F-35 döyüş təyyarələrinin çatdırılmasını dayandıracağını bildirmişdi. Bu qərar Ankara və Vaşinqton arasında onsuz da illərdir gərgin olan vəziyyəti daha da çətinləşdirəcək.
Bu qərarın qəbul olunmasına səbəb Türkiyə prezidenti Tayyib Ərdoğanın ABŞ-ın “Lockheed Martin Corp.” tərəfindən istehsal olunan F-35 döyüş təyyarələrindən müdafiə olunmaq üçün Rusiyadan havadan müdafiə sistemini almaq istəyidir.
Dekabr ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu trilyon dollarlıq döyüş təyyarəsi istehsalında Ankaranın əhəmiyyətli rol oynadığını və bunun proqramdan çıxarılmasının asan olmayacağını söyləyib. Amma mənbələr deyirlər ki, Türkiyədə hazırlanmış F-35-nin bir neçə komponenti asanlıqla əvəz edilə bilər. Məsələn, Ankarada istehsal olunan mərkəzi gövdə qurğuları artıq Kaliforniyada “Northrop Grumman Corp.” tərəfindən istehsal olunur. Bu, gövdə, açılış və kokpit ekranlarının bir hissəsini təşkil edir.
F-35-in dünya miqyaslı istehsal prosesi ilə tanış olan ABŞ-dakı iki mənbə Türkiyənin əvəz edilə biləcəyini söyləyib.
Eyni zamanda artıq daha çox türk pilotu ABŞ hava qüvvələri bazalarında təlimə başlamağa və orada olan türk pilotlarına qoşulmağa başlayır. Ankara noyabr ayında iki təyyarənin çatdırılacağına ümid edir.
ABŞ-ın müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Türkiyənin F-35 döyüş təyyarəsi proqramında qalmasını istədiyini, lakin Ankaranın Patriot raket müdafiə sistemini alması məcburiyyətində olduğunu da əlavə edib.