Suriya, ABŞ-ın Şimali və Cənubi Karolina əyalətlərini İsrailə verməyi təklif edib.
Baki-xeber.com xəbər verir ki, Bu təkliflə çıxış edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ prezidenti Donald Trampı Amerikadakı yəhudi lobbisini məmnun etməyə çalışmaqda ittiham edib.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin İsrailə istinadən verdiyi məlumata görə, "Məsələn İsrailə Şimali və Cənubi Karolina əyalətlərini verə bilərsiz, niyə də olmasın? Cənubi Karolina yaxşı bir yerdir. Əgər ABŞ İsrailin dəstəyinə sahib olmağı həqiqətən istəyirsə bir neçə əyalətini İsrailə versin”.