Gürcüstanda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artmaqdadır. "İmedi" telekanalının yaydığı xəbərə görə, xilasedicilər Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha 4 nəfərin meyitini tapıblar. Fəlakət bölgəsində olan və torpaq altında qalan 31 nəfərin axtarışları davam edir.
Qeyd edək ki, axtarış tədbirlərinə 400-ə yaxın xilasedici və kinoloq cəlb edilib. Artıq 210 nəfər təxliyə edilib.
Mətləb