Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Sincarda keçirdiyi antiterror əməliyyatı zamanı PKK terror qruplaşmasının baş kuryeri Yılmaz Bayram zərərsizləşdirilib. Bu barədə MİT məlumat yayıb.
Məlumatda “Agit Gever” kod adlı Yılmaz Bayramın PKK terror qruplaşmasının üzvlərinə silah və sursat çatdıran dəstəyə başçılıq etdiyi bildirilib. Eləcə də, İraq və Suriya arasında təşkilat üçün kritik vəzifələri öz üzərinə götürən, Türkiyə və təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət həyata keçirən Yılmaz Bayramın hədəf siyahısına daxil edildiyi vurğulanıb. O, zərərsizləşdirilən zaman terrorçulara çatdırmaq üçün hazırlanmış silah və sursatları da məhv edilib.
Mətləb