ABŞ-dan Ukrayna ilə bağlı yeni açıqlama yayılıb. Pentaqonun mətbuat xidmətinin rəhbəri Patrik Rayder bəyan edib ki, onun ölkəsi Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və bunun çətin olacağını başa düşür.
“Ukraynanın apardığı bu döyüşün asan olması ilə bağlı heç bir illüziya yoxdur. Rusiyanın möhkəmlənməyə vaxtı olub, Ukrayna isə irəliləyir, ona görə də döyüşlər çətin olacaq”, - deyə P.Rayder vurğulayıb. O əlavə edib ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır.
Mətləb