ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı gərginlik səngimək bilmir. Keçmiş prezidentə qarşı məhkəmə tərəfindən elan olunmuş 4 maddə üzrə ittihamlar onun həbsini gündəmə gətirsə də, deyəsən bu baş verməyəcək. CNN kanalının bu axşam yaydığı yeni xəbərdə deyilir ki, məhkəmə Kapitoli binasına hücumla bağlı D. Trampın dinləməsini avqustun 28-nə təyin edib. D. Tramp həbs olunmayacaq.
Çünki o məhkəməyə gələrək qanuna əməl edəcəyi vədi ilə azadlığa buraxılıb. Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq prezident yalan danışmaqda və saxta məlumatlar yaymaqda ittiham olunur.
Mətləb