Gürcüstan güclü təbii fəlakətlə üz-üzə qalıb. Cəmi bir neçə saat əvvəl Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb. Şovi bələdiyyəsi ərazisində xilasetmə işləri davam edir, axşam saatlarınadək iki nəfərin cəsədi torpaq altından çıxarılıb, 70-dən çox insan helikopterlər vasitəsilə təhlükəsiz əraziyə köçürülüb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəisi Teymuraz Mqebrişvili bildirib ki, xilasetmə əməliyyatı bütün gecəni davam edəcək.
Mətləb