Dağıstanda ağır yol qəzası baş verib. hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb. Bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Stavropol – Proxladnı – Mozdok – Kizlyar – Kraynovka avtomobil yolunda Kizlyar ərazisində “Dodge” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük maşını toqquşub. Avtoqəza sonucunda “Dodge”un sürücüsü və biri uşaq olmaqla iki sərnişini aldıqları yaralaraqdan hadisə yerində keçiniblər”, - məlumatda deyilib.
Mətləb