Nəhayət ki, İŞİD terror təşkilatı, lideri Əbu Hüseyn əl-Hüseyni əl-Kureşinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib. Bu barədə “Al Jazeera” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan açıqlamada bildirilib ki, onların lideri Suriyanın şimal-qərbində İŞİD və Cəbhət ən-Nusra qruplaşması arasında baş verən qarşıdurmada öldürülüb. Terrorçular həmçinin yeni lider təyin etdiklərini açıqlayıblar. Bu, Əbu Həfs əl-Haşimi əl-Kureşidir.
Mətləb