Kiyev yenə Rusiya hücumları ilə gərginlik yaşayır. Belə ki, Ukrayna paytaxtının yaxınlığındakı hava məkanında düşmənin gecə hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən bütün hava hədəfləri məhv edilib. Bunlar 15 “Şahed” tipli kamikadze dronlar olub.
Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. O bildirib ki, Kiyevə hazırkı PUA hücumu ardıcıl səkkizincidir və dünən gecə olduğu kimi, kütləvi xarakter daşıyıb. Dağıntılar və tələfatla bağlı məlumat yoxdur.
Mətləb