"Turkmenistan Airlines" təhlükəsizlik səbəbi ilə avqustun 1-dən etibarən Aşqabad-Moskva marşrutu üzrə uçuşları dayandırıb. Bu barədə aviaşirkətin rəsmi saytındakı məlumatda deyilir. "Moskvanın hava məkanında hava vəziyyəti ilə əlaqədar, eləcə də uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə risklərin qiymətləndirilməsi əsasında avqustun 1-dən etibarən "Türkmənistan Hava Yolları" ASC-nin Aşqabad-Moskva-Aşqabad istiqamətində bütün reysləri dayandırılacaq və Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək", - deyə məlumatda bildirilir.
Mətləb