Nigerdəki çevrilişin ardından Fransanın Nigerə maliyyə dəstəyini dayandırdığını elan etməsindən sonra Niger xalqı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirməyə başlayıb. Hərbi çevrilişin lideri Prezident Mühafizəsi Alayının komandiri general Abdurahmane Tçianinin yaratdığı keçid hökuməti keçmiş Bazum administrasiyasını Fransa ilə əməkdaşlıqda ittiham edir.
Hərbi xunta iddia edib ki, Bazumu azad etmək üçün Fransa ilə Niger Prezident Sarayının bombalanmasına icazə verən sənəd imzalanıb. Ordu sözçüsü Amadou Abdramane, sözügedən sənədin Fransa ilə özünü "müvəqqəti prezident" elan edən xarici işlər naziri Hassumi Massoudou tərəfindən imzalandığını söyləyib.
Onun sözlərinə görə Fransa Bazumun azad edilməsi üçün bəzi Niger rəsmiləri ilə görüşüb və Prezident Sarayının bombalanmasına icazə verən sənəd imzalanıb.
Qeyd edək ki, Nigerdə Mühafizəsi Alayı iyulun 27-də hakimiyyəti ələ keçirdiklərini və prezident Məhəmməd Bazumun isə Prezident sarayında saxlandığını açıqlayıb. Prezident Mühafizə Alayının komandiri general Abdurahmane Tçiani keçid hökumətinin başçısı olduqdan sonra Fransa Xarici İşlər Nazirliyi Nigerə bütün yardımlarını və büdcə dəstəyini dayandırdığını açıqladı.
Nigerdən olan minlərlə çevriliş tərəfdarı isə iyulun 30-da Fransa səfirliyi qarşısına toplaşaraq etiraz aksiyalarına başlayıb. Aksiyada nümayişçilər Fransa bayraqlarını yandırıblar. Nümayişçilərin Niger bayrağı ilə yanaşı Rusiya bayrağı da qaldırması diqqətlərdən yayınmayıb.
Tahir TAĞIYEV