BMT Rusiya paytaxtına PUA-larla hücum edilməsi ilə bağlı açıqlama yayıb. Beynəlxalq təşkilat bəyan edib ki, mülki hədəflərə zərbələrin dayandırılmasının tərəfdarıdır. BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq pilotsuz təyyarələrin Moskvaya hücumunu şərh edərkən bildirib ki, hücuma görə kimin məsuliyyət daşıdığı barədə birinci əldən məlumatımız yoxdur: "Amma təbii ki, biz mülki hədəflərə edilən istənilən hücuma qarşıyıq və onların dayandırılmasını istəyirik”, -deyə təşkilatın rəsmisi qeyd edib.
Mətləb