Bazar günü günü, 08 noyabr 2026
     

Ukrayna əks-hücumun həlledici mərhələsinə başladı...

Image


Rusiya-Ukrayna müharibəsində son günlərdə yeni bir mərhələnin başlanması müşahidə olunur. Buna səbəb Ukraynaının əks-hücum əməliyyatlarının yeni və əsas mərhələsinə başlamasını bəyan etməsidir. Elə ABŞ-ın “The New York Times” qəzeti də Pentaqondakı mənbələrə istinadən Ukrayna ordusunun ölkənin cənubunda əks-hücum əməliyyatının əsas mərhələsinə başladığını yazır.

Məlumatlarda həm də ABŞ və digər ölkələrdə təlim keçən və Qərb texnikası ilə təchiz olunan bölmələrin əksəriyyətinin artıq döyüşlərdə iştirak etdiyi vurğulanır. İddialara görə, 150-yə qədər müasir tank və yüzlərlə piyadaların döyüş maşını ilə təmin edilmiş belə hərbçilərin sayı 63 minə yaxındır. Nəşrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı mərhələdə əsas məqsədi işğal olunmuş Krıma quru dəhlizini kəsməkdir. Ölkənin cənubunda genişmiqyaslı əks-hücum əməliyyatının başlaması barədə “Bloomberg” və bir sıra digər Qərb KİV-ləri də məlumatlar yazırlar. “The Washington Post” qəzeti isə Ukrayna ordusunun Zaporojye vilayətinə yeni zərbələr endirdiyini və Orexovo kəndinin cənubuna doğru irəlilədiyini yazır. Hər iki nəşr anonim Amerika rəsmilərinə istinad edir. Hərbi ekspert, “Aydar” batalyonunun veteranı Yevgeni Dikiy bir qədər fərqli vəziyyətin olduğunu vurğulayır. O, jurnalistlərin məsələni görmək istədikləri kimi yazdıqlarını bildirir. Yevgeni Dikiy deyir ki, Ukrayna ordusu eşelonlaşdırılmış müdafiənin üç xəttinin birincisini deyil, kifayət qədər geniş cəbhə boyunca ikinci xəttə keçməyə və eyni zamanda ehtiyatları məhv etməyə çalışır. Onun sözlərinə görə, Rusiyanın da öz strategiyası var. Onların vəzifəsi maksimum sayda Ukrayna əsgərini və Ukrayna texnikasını məhv etməklə, irəliləyən Ukrayna tərəfini mümkün qədər tükəndirmək, hətta birinci müdafiə xəttindən uzaqlaşdırmaqdır: “Hər iki tərəf bütün günü böyük əsəb gərginliyi, çox böyük sursat ehtiyatı tələb edən dəhşətli işlərlə məşğuldur. Artıq ay yarımdır ki, belədir. Əslində, dəyişikliklər var, lakin çox ləng gedir. Amma bu kilometrlərlə deyil, həmin gün hər tərəfin nə qədər insan və texnika itirdiyi ilə ifadə olunur. Və bu nisbət tədricən tərəzinin hansı istiqamətə əyiləcəyini müəyyənləşdirir. Mən başa düşürəm ki, bunu hər dəfə təsvir etmək çox darıxdırıcıdır, buna görə də çox əhəmiyyətli olacaq bir şey tapmağa çalışırlar”. Üstünlüyün az da olsa kimin tərəfində olmasına gəlincə, “Aydar” veteranı bu barədə danışmağın hələ tez olduğunu bildirir: “Qol güləşindəki kimi, iki əlin çox uzun müddət sadəcə hərəkətsiz göründüyü vəziyyətlər yaranır. Amma əslində, hər iki tərəf var gücü ilə bir-birini pressinq edir. Yəni biz hələ də bu mərhələdəyik, sonra kiminsə əli düşəcək. Yəni bu halda bu o demək olacaq ki, ya biz xətti hardasa keçəcəyik, sonra o dağılacaq, ya da hücum dayanacaq”. Hərbi ekspertə görə, misal üçün, Rabotino bölgəsində indiyə qədər nisbət 50:50, bəzən Ukrayna tərəfinin xeyrinə 55:45 nisbətindədir: “Sadəcə yeni mərhələ haqqında yazmağa səbəb olan döyüşlər, əslində, ikinci müdafiə xəttinə çıxışdır. Rabotino bölgəsində birinci müdafiə xəttini tamamilə aşmaq və tam olaraq ikinciyə çatmaq mümkün olub. İndi döyüşlər ikinci müdafiə xəttində gedir”. Yevgeni Dikiy deyir ki, ilk dəfə müdafiə xəttinə yaxınlaşanda əvvəlcə zirehli texnikanın itkiləri ilə çox qızğın, amma uğurlu döyüşlər olub: “İndi biz yenə belə parlaq, olduqca möhtəşəm döyüşlərlə başlayan ikinci xəttə çıxış görürük. Amma bir neçə gündən sonra orada da vəziyyət eyni şəkildə sakitləşəcək, lakin bu heç də nəyinsə dayanacağı anlamına gəlmir, əksinə, davam edəcək. Bu, arxa cəbhədə çox vaxt gözə dəyməyən bir şeydir”.

Hərbi eksprertin sözlərinə görə, hazırda “Surovıkin xətti” adlanan ikinci müdafiə xətti mərhələsi başlayıb. Amma Yevgeni Dikiy bu arada tərəflərin hərbi sayı ilə bağlı müqayisəyə də diqqət çəkilməli olduğunu deyir. Onun sözlərinə görə, Qərb mətbuatının yazdığı kimi, Qərb təlimatçıları tərəfindən hazırlanan 63 min Ukrayna döyüşçüsü, hazırlığı olmasa belə, hərbi komissarlıqdan birbaşa döyüş zonasına göndərilən, 300 mini birbaşa ön xətdə, 100 mini arxa xətdə olan 400 minlik Rusiya ordusu... Bu şəraitdə hadisələrin inkişafı daha qanlı xaraker almaqdadır. Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatı bildirir ki, indi Rusiyanın itkiləri Əfqanıstan müharibəsi zamanı sovet ordusunun itkilərindən daha çoxdur. O qeyd edib ki, düşmən bütün qüvvələrini Donetsk vilayətinin Baxmut şəhərinə cəlb edib: “Rusiya buradakı mövqelərini qorumağa çalışır. Çünki Baxmut Rusiya üçün hərbi əhəmiyyətlidir”. S.Çerevatının sözlərinə görə, Ukrayna torpaqları metr-metr azad edir. Ukrayna prezidenti Vladimir Zelenski isə qeyd edir ki, rus hərbçilər bu qışda da Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edə bilər: "Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi "xüsusi hərbi əməliyyat"ın başlanmasından il yarım ötür. Ukrayna güclənir. Tədricən müharibə Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına geri qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir. Lakin biz şüurlu olmalıyıq, çünki keçən il olduğu kimi, bu qış da rusiyalı terrorçular bizim enerji sektorumuzu vura, kritik obyektlərə zərbə endirə bilərlər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:42
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ