Müharibədən əvvəl ən zəngin rusların siyahısında yer alan 200 nəfərdən ən azı 81-i Ukrayna-Rusiya müharibəsinin gedişində milyardlarla dollar qazanıb.
Trend xəbər verir ki, həmən oliqarxlar savaşda istifadə olunan silahların istehsalı da daxil olmaqla müdafiə müqavilələrindən büdcələrini bir xeyli artırıblar. Bu barədə Rusiyanın “Proyekt” internet nəşrinin hazırladığı “Döyüş itləri” filmində deyilir.
Məlumatda bildirilir ki, siyahıya Aleksey Mordaşov, Vladimir Potanin, Gennadi Timçenko, Əlişir Usmanov, Roman Abramoviç, Leonid Fedun, Arkadi Voloj və başqaları daxildir.
O da qeyd olunur ki, müharibədən bəhrələnən iş adamlarının real sayı və qazanılan pulların miqdarı daha yüksək ola bilər.