Deyəsən Polşanın qorxduğu başına gəlməyə başlayıb. Cəmi bir gün əvvəl Polşanın Baş naziri Mateusz Moraviecki bəyan edirdi ki, “Vaqnerçilər” Belarus sərhədində təlimlər keçirlər və yaxın günlərdə Poşaya sızmaları qaçılmaz olacaq. Polşanın Baş naziri bütün Avropanın təhlükədə olduğunu bildirmişdi. Budur, Belarus hərbçiləri "Vaqner"in təlimçiləri ilə manevrlər etməyə başlayıblar. Bu barədə Belarus Müdafiə Nazirliyi artıq rəsmən məlumat yayıb. Nazirliyin rəsmi açıqlamasında deyilir ki, "Vaqner PMK mütəxəssislərinin təcrübəsi nəzərə alınmaqla şöbələrin, tağımların, şirkətlərin əlaqələndirilməsi üzrə təlimlər keçirilir". Xəbərdə deyilir ki, əsas diqqət müasir şəraitdə döyüşlərə yönəldilib. Təlim zamanı aktiv müdafiə üsulları, həmçinin pilotsuz uçuş aparatlarının aktiv istifadəsi ilə döyüş meydanında sağ qalmağın təmin edilməsi məsələləri hazırlanır. Beləliklə, “Vaqner”in Belarus sərhədində üzü Avropaya diş qıcaması Vladimir Putinin gələcək planlarını yavaş-yavaş gün üzünə çıxarır...
Mətləb