Fransa prezidenti Emmanuel Makron, Fransanın Nigerdəki maraqlarına qarşı heç bir hücuma dözməyəcəyini, əks halda Parisin "dərhal və qətiyyətlə"cavab verəcəyini söyləyib. Fransanın dövlət başçısının dünən elan etdiyi açıqlamanı Yelisey sarayı yayıb. BFM TV isə Fransanın Nigerin paytaxtı Niameydəki səfirliyinin qarşısında keçirilən nümayiş barədə reportaj yayımlayıb. Reportajda deyilir ki, bəzi etirazçılar içəri girmək istəyiblər, digərləri isə "Fransanın Nigerdəki Səfirliyi" lövhəsini cırıb və onu Rusiya və Nigeriya bayraqları ilə əvəz ediblər. Kanalın məlumatında açıq şəkildə göstərilir ki, E.Makron Nigerdəki son hadisələrə görə Rusiyanı ittiham edir və baş verənlərn Fransa tərəfindən “cavabsız qalmayacağını” elan edir.
Mətləb