“The Washington Post” qəzeti ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə bağlı yeni məlumat yayıb. Qəzetin xəbərində deyilir ki, D.Trampın siyasi qrupu bu ilin birinci yarısında siyasətçinin özünü, eləcə də müşavirlərini və işlərdə iştirak edən digər şəxslərin müdafiəsi üçün vəkillik xərclərinə on milyonlarla dollar verib.
Belə ki, eks-prezidentin komandası vəkillik xərclərinə təxminən 40,2 milyon dollar xərcləyib. İndi Trampın “Amerikanı xilas et” siyasi qrupunun bazar ertəsi hesabatında məbləğin haraya xərcləndiyini açıqlamalıdır.
Mətləb