Avstraliyalı jurnalistlərə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken sensasiyalı sayıla biləcək açıqlamalar səsləndirib. O bəyan edib ki, ABŞ Konqresi Amerika nüvə sualtı qayıqlarının Avstraliyaya satışının qarşısını almayacaq. Blinken əlavə edib ki, o, Respublikaçılar və Demokratların sözügedən addımı təsdiqləməyə hazır olduğuna həqiqətən əmindir:
“Konqres sistemimizdə əsas rol oynayır və biz detallar üzərində işləyirik. Ancaq eşitdiyim və gördüyüm hər şey güclü ikipartiyalı dəstəyin və Konqresin irəliləməyə hazır olduğunun sübutudur”.
Mətləb Salahov