Rusiya Qərbin, xüsusən də ABŞ-ın Ukraynaya silah verməsinə növbəti dəfə sərt reaksiya verib.
Moskvanın Ukrayna PUA-larının hədəfi olmasından danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kiyevin davam edən əks-hücumları uğurlu olarsa, Moskva nüvə silahından istifadə etməli olacaq.
Medvedev rəsmi sosial media hesablarından verdiyi açıqlamada deyib: "Təsəvvür edin, əgər NATO-nun dəstəklədiyi hücum uğurlu olarsa və ərazimizin bir hissəsini qoparsalar, o zaman Rusiya prezidentinin fərmanına əsasən, biz nüvə silahından istifadə etməli olacağıq”.
“Buna görə də düşmənlərimiz döyüşçülərimizin uğuru üçün dua etməlidir” deyə Medvedev iddia edib ki, rus əsgərləri “qlobal nüvə müharibəsinin alovlanmasının” qarşısını almaq üçün döyüşürlər.
TAHİR