Sərhədində Rusiya-Ukrayna müharibəsi aramsız davam edən Polşa Rusiyadan gələ biləcək təhlükələrdən də ciddi narahatdır.
Polşanın baş naziri Mateusz Moraviecki Rusiyanın muzdlu qruplaşması "Vaqner"lə bağlı xəbərdarlıq edərək pruplaşmanın ən azı 100 üzvünün Polşa ərazisinə sızdığını deyib: "Vaqner" bölməsinin ən azı 100 üzvü Polşa və Litva sərhədlərində yerləşən Suvalki bölgəsinə sızdırılıb. İndi vəziyyət daha da təhlükəli xarakter alır. Bu, şübhəsiz ki, Polşa torpağına daha çox hibrid hücumlardır".
Moraviecki "Vaqner" döyüşçülərinin miqrantların Aİ-yə keçməsinə kömək etmək üçün Belarus sərhədçiləri kimi maskalana və sərhədi keçmək üçün özlərini miqrant kimi göstərə biləcəklərini deyib.
TAHİR