Pakistanda terror aktı törədilib. Belə ki, ölkəninın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub. Xarici KİV-lərin məlumatında deyilir ki, partlayış nəticəsində 200-dən artıq insan yaralanıb.
Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb. Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Mətləb