Türkiyədə daha bir faciəli yol qəzası baş verib. Hadisə Qars vilayətinin Sarıqamış rayonunda qeydə alınıb. Sərnişin avtobusu yoldan çıxaraq aşıb. Anadolu agentliyinin məlumatında deyilir ki, hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub.
Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Mətləb