Danimarka Xarici İşlər Nazirliyi (XİN) Quranın yandırılması ilə bağlı aksiyalardan sonra diplomatik münasibətləri davam etdirmək üçün böhran qərargahını işə salıb. Bu barədə idarənin açıqlamasında bildirilir.
Məlumatda xatırladılır ki, hadisədən sonra müsəlman ölkələrinin minlərlə vətəndaşı Danimarkaya qarşı çıxıb, 15 dövlət isə krallığı rəsmən pisləyib. Danimarkanın beş səfiri və müvəqqəti işlər vəkili müsəlman ölkələrinin Xarici İşlər nazirliklərinə çağırılıb və onlar Quranın yandırılması ilə bağlı vəziyyətlə əlaqədar Danimarka hakimiyyətinin hərəkətlərinə görə tənqid olunublar. Gələn həftənin əvvəlində İslam ölkələrindən 57 xarici işlər naziri müqəddəs kitabın yandırılmasına cavab olaraq Danimarka və İsveçə qarşı tədbirləri müzakirə etmək üçün görüşəcək.
Mətləb