Prezident Volodimir Zelenski Ukrayna ordusunun xüsusi əməliyyat qüvvələrinin Baxmut istiqamətindəki ön mövqelərinə baş çəkib. Bu barədə Ukrayna lideri Telegram kanalında yazıb. O, Çasovoy Yarda komandirin əməliyyat vəziyyəti ilə bağlı məruzəsini dinlədiyini, hərbçilərlə söhbət etdiyini bildirib. V. Zelenski döyüşçülər qarşısında çıxışından və mükafatların təqdimat mərasimindən videogörüntülər də yayımlayıb.
Mətləb