Ukrayna Rusiyada dağıntı yaradan hücum həyata keçirib. Belə ki, Rostov vilayətində güclü partlayış baş verib. TASS agentliyinin ən son məlumatında deyilir ki, Ukrayna Taqanroq şəhərinə S-200-ün zərbə variantından raket atıb. Raketi Rusiya HHM sistemləri havada məhv edib, onun qalıqları isə şəhərin mərkəzinə, incəsənət muzeyi ərazisinə düşüb. Hadisə nəticəsində 16 nəfər yaralanıb, onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.
Mətləb