Polşanın daxili işlər naziri Mariuş Kaminski ordunun hazırkı vəziyyəti barədə danışıb. Nazir qeyd edib ki, Polşa ordusunda diviziyaların sayı 3-dən 6-ya, müdafiə xərcləri isə ÜDM-in 4%-nə qədər artacaq. “Bu gün Polşa ordusunun 172 min əsgəri var. Məqsədimiz Polşa ordusunun ən azı 300 000 əsgərinin olmasıdır. NATO və Aİ ölkələrinin sərhədlərində “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlıları ilə bağlı ciddi insident baş verərsə, Polşa, Litva və ya Latviya birgə tədbirlər görəcək."-polşalı nazir belə deyib.
Mətləb