Nigerin xarici işlər naziri Asumi Masudu “France 24” telekanalına müsahibəsində ölkə prezidedenti haqqında danışıb. Nazir qeyd edib ki, prezident Mohamed Bazum öz iqamətgahında saxlanılır və vəziyyəti yaxşıdır. O, prezidenti ilkin şərt olmadan azad etməyə çağırıb.
Nazir ölkəsində baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb. Onun sözlərinə görə, qiyamda bütün ordu iştirak etmir, silahlı qüvvələrin rəhbərliyi hələ danışmayıb. “Niger xalqı bununla razılaşmır”, - deyən XİN rəhbəri ölkədə hakimiyyətin zorla ələ keçirildiyi dövrün artıq keçmişdə qaldığını vurğulayıb.
Mətləb Salahov