Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus F-15SA qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub. Bu barədə SPA Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Malikiyə istinadən məlumat yayıb.
O qeyd edib ki, qəza Səudiyyə Ərəbistanının cənub-qərbindəki Xamis Muşait bölgəsində Kral Xalid aviabazasının yaxınlığında təlim missiyası zamanı olub.
Mətləb