Rusiyanın Kişinyovdakı səfiri Moldovanın Xarici İşlər Nazirliyinə çağrılıb. Trend-in məlumatına görə, səfirə ölkədəki rus diplomatların sayını azaltmaq tələbi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı açıqlamasında Kişinyovun qərarını "əsassız" adlandırıb.
"Səfirlik əməkdaşlarına qarşı casusluq ittihamları əsassızdır, Moskva buna cavab verəcək", - nazirliyin açıqlamasında deyilir.