Malidə 1960-cı ildən qüvvədə olan konstitusiyaya dəyişiklik edilib. İyunun 18-də keçirilən referendumda 96,91 faiz “bəli” səsi ilə qəbul edilən və Konstitusiya Məhkəməsi tərəfindən də qəbul edilən yeni konstitusiyaya görə, fransız dili rəsmi dil olmaqdan çıxıb.
Bundan sonra fransız dili yalnız işçi dili kimi istifadə olunacaq.
Bundan başqa, ölkədə danışılan 13 milli dil də rəsmi dil statusu alacaq.
Qeyd edək ki, Fransanın keçmişdə müstəmləkəsi olan Mali 1960-cı ildə müstəqillik qazandıqdan sonra fransız dilini rəsmi dil kimi istifadə edir.
Təxminən 70 yerli dilin danışıldığı ölkədə 1982-ci ildə verilən fərmanla "Bambara, Bobo, Bozo, Dogon, Fulanice, Maure, Miniyanka, Malinke, Sarakole, Sonrhai, Senoufo, Khassonke və Tamashek" dilləri milli dil statusu alıb.
TAHİR