İsveçin NATO-ya qatılması ilə bağlı Türkiyənin qərarını tənqid edən rusiyalı deputat Pyotr Tolstoy, Türkiyə-Rusiya dostluğunu hədəfə alıb.
Rusiyalı deputat “Qara dəniz üzərində hökmranlığın Rusiya Silahlı Qüvvələrinin əlində olmalıdır” fikrini irəli sürüb.
Tolstoyun bu sözlərdən sonra aparıcı Olqa Skabeyevanın "Türkiyə ilə döyüşməyə hazırıqmı? Ərdoğan Qara dəniz üzərində hökmranlıq iddiasındadır?" sualına "Olqa! Türkiyə ilə müharibə etməyəcəyik. Bəs Rumıniya və Bolqarıstan? Onlar sadəcə NATO bazalarıdır. Artıq Bolqarıstandakı vətəndaşlarımız bu ölkə sahillərini ələ keçiriblər. Bu ölkələrdə heç bir problem yoxdur, onlar da güclü deyil" deyə cavab verib.
Olqanın "Vuraq, vuraq o zaman" sözlərindən sonra isə Tolstoy əlavə edib ki, "Edəcəyik, amma birinci Ukraynanı bitirməliyik, ehtiyatsız hərəkət etməyək. Vuracağıq! İstanbul və Çanaqqala boğazlarını vuracağıq".
Nova TV-yə danışan Rusiya müdafiə nazirinin müavini Atanas Zapryanov isə Tolstoyun ritorikasının “təkəbbürlü, qəbuledilməz və beynəlxalq hüquqa uyğun olmadığını” bildirib.
Zapryanov bəyanatın birbaşa hərbi təhdid kimi qəbul etmədiyini deyib.
Qeyd edək ki, Türkiyənin İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmasından sonra açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov, "Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı NATO qarşısında öhdəlikləri var" deyərək, bu mövzuda yanılmadıqlarını bildirib.
TAHİR