ABŞ-ın keçmiş prezidenti Donald Tramp səs-küylü açıqlamalar verməkdə davam edir. Xüsusilə hazırkı prezident Co Baydenə qarşı sərt ittihamları ilə gündəmə gələn D.Tramp, bu dəfə də ənənəsinə sadiq qalıb. D.Tramp özünə məxsus olan Truth Social platformasında C. Baydeni ABŞ-ın “ən korrupsioner” prezidenti adlandırıb və ölkə qanunvericilərini hərəkətə keçməyə çağırıb. “Co Bayden ABŞ tarixinin ən korrupsiyalaşmış prezidentidir və Nümayəndələr Palatasında hər gün bununla bağlı sübutlar gətirilir”, - D.Tramp belə deyib.
Mətləb