Bazar günü günü, 08 noyabr 2026
     

Rus-Belarus cütlüyünün Polşa və NATO ilə qanlı savaşı başlayır...

Image


Ukraynada davam edən müharibə Rusiya və NATO ölkələri arasında münasibətləri də getdikcə daha gərgin mərhələyə daxil edir. Elə bu fonda yaxın tezlikdə NATO üzvü olan Polşa ilə Rusiya-Belarus cütlüyünün savaşa başlaması ehtimalı da xeyli yüksəlib. Hər halda, Belarus lideri Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı apardığı müzakirələr artıq bu qənaəti daha da möhkəmləndirir.

Onlar danışıqlar zamanı “Vaqner” özəl hərbi şirkəti ilə bağlı məsələni də müzakirə edib. Xatırladaq ki, “Vaqner”in başçısı Yevgeni Priqojinin yarımçıq qiyamından sonra Moskva və Minsk arasında əldə olunmuş razılaşmaya görə muzdlular Belarus ərazisinə köçürülməli idi. Artıq qrup Belarusda yerləşir. Bu fonda Lukaşenko maraqlı açıqlamalar verib: “Vaqnerçilər” bizi yaman sıxışdırırlar. Qərbə getmək istəyirlər. “İcazə verin” deyirlər. Deyirəm “Qərb nəyinizə lazımdır?” Deyirlər “Varşavaya, Jeşuva ekskursiyaya getmək istəyirlər”. Qeyd edək ki, Qərbdən Ukraynaya verilən silahlar Polşanın Jeşuv şəhərinin aerodromuna gətirilir. Burdan silah-sursatı Ukraynaya yerüstü nəqliyyatla çatdırırlar.

Lukaşenkonun sözlərinə görə, o, Putinlə razılaşmasına əsasən “Vaqnerçilər”i Belarusun mərkəzində “saxlayır” və onları Qərb sərhədlərinə buraxmır. O əlavə edib ki, “Vaqnerçilər”in kefləri pisdir”. Putin Lukaşenkonun Varşavaya və Jeşuva ekskursiya barədə dediklərinə təbəssümlə cavab verib. Lukaşenko onu da deyib ki, Polşa Belarusun qərb sərhədində qoşun cəmləşdirir. O əlavə edib ki, Polşaya Ukraynanın qərbini zəbt etmək imkanı verilməməlidir. Onun sözlərinə görə, Belarus və Rusiya Qərbi Ukraynanın əhalisinə kömək etməyə hazır olmalıdır: “Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynadan qoparılacaq”. Onun sözlərinə görə, Qərbi Ukraynanı qoparıb Polşaya birləşdirmək istəyirlər: “Bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir”. Lukaşenko bildirib ki, amerikalılar bu planı dəstəkləyir: “Minsk və Moskva üçün Qərbi Ukraynanın ayrılması qəbuledilməzdir. Əgər Qərbi Ukrayna əhalisinin dəstəyə ehtiyacı varsa, o zaman təbii ki, biz bunu dəstəkləyəcəyik”. Varşavanın Ukraynanın qərbini işğal etmək planlarının olması barədə bir neçə gün əvvəl Putinin özü demişdi. Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib ki, Polşa Ukrayna ərazisini işğal etmək istəyir. O, videobağlantı ilə keçirilən iclasda bunu da bildirib ki, Polşanın Belarus torpağında da gözü var: “Polşa liderlərinə gəlincə, onlar ehtimalən düşünürlər ki, “NATO çətirinin” altında hansısa koalisiya düzəldib Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edəcək və “yağlı tikə” – özlərinin tarixi ərazisi saydıqları Qərbi Ukraynanı qoparacaqlar. Polşa Belarusun da torpaqlarının bir hissəsini almaq istəyir. İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Bəlkə bizim Varşavadakı dostlarımız bunu unudublar? Yadlarına salarıq. Polşa Sovet İttifaqı və Stalinin yanaşması sayəsində Qərbdə mühüm torpaqlar aldı”. Bundan əvvəl də Putin Polşanın ərazi iddiaları ilə bağlı sərt fikirlər səsləndirib: “Biz Polşanın siyasi elitasının hansısa hissəsində “dənizdən-dənizə” böyük dövlət yaratmaq ideyalarından xəbərdarıq. Bu barədə İkinci Dünya müharibəsindən əvvəl az danışılmayıb. Baltik dənizindən Qara dənizə qədər ərazini əhatə edən bu ideya dəyişməz olaraq qalırdı. İndi biz Polşa və Ukrayna liderlərinin qucaqlaşdığını görürük. Amma bu ideya axı hələ də qüvvədədir, Ukraynanı “udmaq” ideyası hələ də ortadan qalxmayıb”.

Putin bundan əvvəl də sovet hakimiyyətinin “ərazi hədiyyələrindən” söz salıb. O, 2014-cü ildə Krımı ilhaq edəndə demişdi ki, yarımadanı Ukraynaya keçmiş sovet lideri Nikita Xruşşov “hədiyyə” edib. Hazırda Ukrayna ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır. Putin ötən ilin sentyabrında Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsinə dair fərman imzalayıb. Amma rusiyalılar bu vilayətlərdən heç birinə tam nəzarət etmirlər.  Belə bir vaxtda isə məlum olub ki, Polşa Belarusla sərhəddə qoşun cəmləşdirir və əraziyə tanklar göndərib. Polşa Müdafiə Nazirliyi bu hərəkəti Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Belarus ordusu ilə birgə təlimlərinin yaratdığı risqlə izah edib. Rusiya muzdluları hazırda Belarusun Mogilyov vilayətində yerləşdiriliblər. İndi onların Polşaya ekskursiya niyyəti, əslində, Varşavaya qarşı özəl hərbi şirkətin əli ilə Rusiyanın müharibəyə başlaması deməkdir. Qeyd edək ki, Polşa 12 mart 1999-cu ildən NATO-nun üzvüdür. Deməli, Polşa ilə bağlı hadisələrin inkişafı sonda NATO-nun məsələyə müdaxiləsi demək olacaq. NATO-nun baş katibi Yens Stoltenberq bu fonda bildirir ki, Rusiya qurum üçün əsas təhlükələrdən birinə çevrilib. Rus politoloq Konstantin Bloxin isə belə hesab edir ki, yaxın gələcəkdə Rusiya ilə hərbi blok arasında münasibətlərin yaxşılaşacağını gözləməyə dəyməz. O xatırladıb ki, Alyans sovet təhlükəsinə qarşı yaradılıb və NATO-nun indiki hərəkətləri Rusiyanı cilovlamaq xarakteri daşıyır. Vladimir Putin isə bu halda NATO-ya nüvə silahlarını xatırladır. Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var: “Qərb Rusiya ilə danışıq aparmaq istəmirdi, amma onlar istəyəcəklər, biz isə duruma baxacağıq. Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var və onlar bizdən onun sayını azaltmağımızı istəyirlər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ